Şərh - 94:6 Bəli, asanlıq çətinliklə birlikdədir.
"Asanlıq çətinliklə birlikdədir.:"
Nəhl/16:41 Zülmə uğradıqdan sonra Allah uğrunda köç (hicrət) edənləri dünyada gözəl şəkildə yerləşdirəcəyik. Axirət mükafatları isə daha böyükdür; bir bilsələr...

Əraf/7:137 Ölkənin məhsuldar etdiyimiz şərq və qərb hissələrinə xor görülən və zəif salınan insanları mirasçı etdik. Sıxıntılara müqavimət göstərdikləri üçün, Rəbbinin İsrail oğullarına verdiyi gözəl söz gerçəkləşdi. Firon və xalqının qurduqları quruluş və qurumları da yerlə bir etdik.

Talaq/65:7 Varlı kimsə imkanı daxilində nəfəqə yardımı etsin. İmkanı az olan isə, Allahın ona verdiyindən versin. Allah bir kimsəyə vermiş olduğundan artıq bir məsuliyyət yükləməz. Allah çətinlikdən sonra asanlıq gətirəcəkdir.