Tin - 95:7
Artıq nə üçün hələ də bu dini yalanlayırsan?
Dini yalanlayanlar:
Maun/107:1
Dini yalanlayanı gördünmü?
Maun/107:2
Bax, yetimə pis davranan odur.
Maun/107:3
Yoxsulları doyurmağa da yanaşmaz.
Maun/107:4
Təəssüflər olsun o namaz qılanlara,
Maun/107:5
Onlar ki, namazlarından tamamilə xəbərsizdirlər.
Maun/107:6
Onlar ki, riyakardırlar
Maun/107:7
Və yardımı da əngəlləyərlər.
Tin/95:7
Artıq nə üçün hələ də bu dini yalanlayırsan?
Beyyinə/98:5
Halbuki onlardan, dini sadəcə Allaha aid edən təkallahlılar (monoteist) olaraq Ona qulluq etmələri, namazı qorumaları və zəkatı vermələri istənilmişdi. Bax, ən doğru din budur.
Beyyinə/98:4
Gerçək budur ki, özlərinə Kitab verilənlər, ancaq onlara açıq-aydın dəlil gəldikdən sonra ayrılığa (ixtilafa) düşdülər.
İnfitar/82:9
Doğrusu, siz, dini yalanlayırsınız.