Tovbə - 9:102 Digərləri isə günahlarını etiraf etdilər, yaxşı işlərlə pis işləri bir-birinə qarışdırdılar. Ümid edilir ki, Allah onları əfv etsin. Allah Bağışlayandır, Rəhmlidir.
İkiüzlülərin əfvi üçün Rəbbimizin şərti:
Fəth/48:16 Ərəblərdən geri qalanlara de ki: "Siz çox güclü bir topluluğa qarşı çağırılacaqsınız. Onlar təslim olana qədər onlarla savaşacaqsınız. İtaət etsəniz Allah sizə gözəl bir mükafat verər. Daha öncə üz çevirdiyiniz kimi üz çevirsəniz, sizi ağrılı-acılı bir əzab ilə cəzalandırar.