Tovbə - 9:2
Yer üzündə daha dörd ay gəzib dolaşın, bilin ki, siz Allahı aciz qoya bilməzsiniz və Allah inkar edənləri rəzil edər.
Allah inkar edənləri rəzil edər. (Axirətdə):
Ali İmran/3:192
"Rəbbimiz, Sən kimi atəşə salarsansa əlbəttə onu rəzil etmiş olursan. Zalımlara yardım edən olmaz."
Nəhl/16:27
Sonra, Dirilmə günündə onları rəzil edər və: "Uğrunda mübahisə edərək mücadilə etdiyiniz 'ortaqlarım' haradadır?" deyər. Özlərinə bilgi verilənlər də belə deyərlər: "Bu gün rəzillik və pislik kafirlərədir."
Tovbə/9:63
Bilmədilərmi ki, kim Allah və elçisinə qarşı gələrsə, içində əbədi qalacağı Cəhənnəmə məhkum olar? Bu böyük bir alçaldılmadır.
Yunus/10:27
Pislik və günah qazananlara isə pisliyinin eynisi ilə qarşılıq verilər. Üzlərini bir alçalma hissi bürüyər. Allahdan başqa bir qoruyucuları yoxdur. Üzləri sanki qaranlıq gecədən bir parçayla bürünmüşdür. Onlar atəş əhlidir; onlar orada əbədi qalacaqlar.
Qaləm/68:43
Gözləri aşağı salınmış bir vəziyyətdə, onları rəzillik bürüyər. Halbuki onlar sağlam ikən səcdəyə çağırılmışdılar.
Şura/42:45
Alçalmış və başları əyilmiş olaraq atəşə göndərilərlərkən göz ucu ilə çevrələrinə baxdıqlarını görərsən. İman edənlər, "Gerçək itkiyə məruz qalanlar, Dirilmə Günündə özlərini və ailələrini itirənlərdir. Zalımlar sürəkli bir əzaba məhkum olmuşdur," deyərlər.