Tovbə - 9:24 De ki: "Ana-atalarınız, uşaqlarınız, qardaşlarınız, zövcələriniz, ailəniz, qazandığınız pullar, iflasa uğramasından qorxduğunuz iş və xoşlandığınız evlər Allahdan və Elçisindən və Onun yolunda səy göstərməkdən daha əzizdirsə, Allah əmrini gətirincəyə qədər gözləyin." Allah yoldan çıxmış camaatları doğruya yönəltməz.
"Allah əmrini gətirənə qədər gözləyin": Məqsəd nədir?
Yunus/10:49 De ki: "Allahın istəməsi xaricində, mən özümə belə nə bir zərər, nə də bir fayda vermə gücünə sahib deyiləm. Hər camaatın bir vaxtı vardır. Vaxtları bitincə nə bir saat gecikdirilər, nə də irəli alınarlar."

Hud/11:110 Musaya Kitabı verdik; ancaq onda anlaşılmazlığa (ixtilafa) düşdülər. Rəbbinin verilmiş bir sözü olmasaydı, aralarında hökm veriləcəkdi. Onlar ondan şübhə içindədirlər, qərarsızdırlar.

Hicr/15:5 Heç bir camaat müəyyən edilmiş vaxtını nə (önə) keçə bilər, nə də gerisində qala bilər.

Nəhl/16:61 Allah zülmlərinə görə insanları cəzalandırsaydı, orada bir məxluq buraxmazdı; lakin onları bəlli bir vaxta qədər təxirə salar. Vaxtlarının sonu gəldiyi zaman da nə bir saat önə alınarlar, nə də təxirə salınarlar.

Kəhf/18:58 Rəbbin Bağışlayandır, Mərhəmət sahibidir. Etdikləriylə dərhal onları haqq-hesaba çəksə, onlar üçün əzabı tezləşdirmiş olardı. Ancaq, onlara müəyyən bir vaxt verir ki, onun kənarına çıxa bilməzlər.
Kəhf/18:59 Məhz, haqsızlıq etdikləri üçün məhv etdiyimiz cəmiyyətlər... Hamısının həlakı üçün bəlli bir vaxt müəyyən etmişdik.

Ta ha/20:129 Rəbbinin verilmiş bir sözü və öncədən müəyyən etdiyi plan olmasaydı, bunların da icabına dərhal baxılardı.

Muminun/23:52 Sizin bu cəmiyyətiniz, tək bir cəmiyyətdir. Mən sizin Rəbbinizəm, Mənə hörmət edin.
Muminun/23:53 Fəqət, onlar işlərini müxtəlif kitablara ayırdılar. Hər qrup öz yanında olandan razı...
Muminun/23:54 Müəyyən bir müddətə qədər onları şaşqınlıqları içində burax!
Muminun/23:55 Elə bilirlər ki, onlara bağışladığımız paralar və övladlar ilə,
Muminun/23:56 Onların yaxşılığına tələsirik? Xeyr, fərqində deyillər.

Ənkəbut/29:53 Əzabı gətirməyin üçün sənə meydan oxuyurlar! Müəyyən etdiyimiz bir zaman olmasaydı, o əzab onlara gələcəkdi. Onlara qəflətən, xəbərləri olmadan gələcəkdir.

Fatir/35:45 Allah insanları etdiklərinə görə cəzalandırsaydı, yer üzündə heç bir məxluq buraxmazdı. Fəqət, onları bəlli bir müddətə qədər təxirə salmaqdadır. Nə zaman ki, müddətləri bitər, bax o zaman Allah qullarının (hesabını) görər.