Tovbə - 9:27 Nəhayət, yenə də Allah, istədiyinin tövbəsini qəbul edər. Allah Bağışlayandır, Rəhmlidir.
25, 26, 27 ayetleri bağlamında; Savaştan geri kalan ve sonrasında pişman olup tevbe eden ikiyüzlüler hakkında:
Tovbə/9:25 Allah bir çox vəziyyətdə sizə yardım etdi. Huneyn günü say çoxluğunuz sizi təkəbbürləndirmişdi. Fəqət sayınızın sizə heç bir faydası da olmamışdı. Necə ki, bütün genişliyinə rəğmən yer üzü sizə dar gəlmiş və axırda dönüb qaçmışdınız.
Tovbə/9:26 Sonra Allah, elçisi və iman edənlərin üzərinə Öz tərəfindən güvən və rahatlıq endirdi, əlavə olaraq, görmədiyiniz ordular endirdi və beləcə kafirləri cəzalandırdı. Kafirlərin cəzası məhz budur.
Tovbə/9:27 Nəhayət, yenə də Allah, istədiyinin tövbəsini qəbul edər. Allah Bağışlayandır, Rəhmlidir.
Tovbə/9:102 Digərləri isə günahlarını etiraf etdilər, yaxşı işlərlə pis işləri bir-birinə qarışdırdılar. Ümid edilir ki, Allah onları əfv etsin. Allah Bağışlayandır, Rəhmlidir.
Tovbə/9:106 Bir başqa qrup da Allahın hökmünü gözləyir. Onları ya cəzalandırar, və ya tövbələrini qəbul edər. Allah Biləndir, Hikmət sahibidir.

Əhzab/33:23 İman edənlərdən elə kimsələr var ki, Allaha vermiş olduqları sözü gerçəkləşdirmişdirlər. Onlardan kimisi əhdini yerinə yetirdi (şəhid oldu), kimisi də hazır gözləyir. Heç vaxt qərarsızlığa düşmədilər.
Əhzab/33:24 Allah beləcə doğruları doğruluqları ilə mükafatlandırır. İkiüzlüləri də istəyərsə cəzalandırar və ya tövbələrini qəbul edər. Allah Bağışlayandır, Rəhmlidir.

Tovbə/9:117 Allah, peyğəmbərin, köç (hicrət) edənlərin və yardım edənlərin tövbəsini qəbul etmişdir. Onlar, özlərindən bir dəstənin qəlblərinin az qalsın döndüyü çətin anda ona tabe olmuşdular. Sonra onların yönəlişini (tövbəsini) qəbul etdi. O, onlara qarşı çox Şəfqətlidir, Rəhmlidir.
Tovbə/9:118 Geridə qalan o üç nəfərin də (tövbəsini qəbul etdi). Yer üzü bütün genişliyinə rəğmən onlara dar gəlmişdi. Ürəkləri sıxılmışdı. Nəhayət, Allahdan qaça bilməyəcəklərini anladılar. Bundan sonra, yönəlmələri üçün O, onlara yönəldi. Allah Yönəlmələri qəbul edəndir, Rəhmlidir.

Fəth/48:11 Ərəblərdən geridə qalanlar, "Paralarımız (pullarımız) və ailə-uşaqlarımız bizə mane oldu, bizim üçün bağışlanma dilə," deyəcəklər. Onlar qəlblərində olmayanı, dilləri ilə söyləyirlər. De ki, "Sizin üçün bir zərər və ya fayda diləyərsə, Allahın bu diləyinə kim əngəl ola bilər?" Halbuki Allah bütün etdiklərinizdən xəbərdardır.
Fəth/48:16 Ərəblərdən geri qalanlara de ki: "Siz çox güclü bir topluluğa qarşı çağırılacaqsınız. Onlar təslim olana qədər onlarla savaşacaqsınız. İtaət etsəniz Allah sizə gözəl bir mükafat verər. Daha öncə üz çevirdiyiniz kimi üz çevirsəniz, sizi ağrılı-acılı bir əzab ilə cəzalandırar.

Tovbə/9:14 Onlarla savaşın ki, Allah əllərinizlə onları cəzalandırıb, rəzil etsin, sizi zəfərə yetişdirsin və iman edən camaatın qəlbini sevindirsin,
Tovbə/9:15 Ürəklərinin öfkəsini aradan qaldırsın. Allah istədiyinin tövbəsini qəbul edər. Allah Biləndir, Hikmət sahibidir.

Ənfal/8:33 Sən onların arasında olduğun müddətcə Allah onlara əzab edəcək deyildir. Onlar bağışlanma diləyərlərkən də Allah onları cəzalandıracaq deyildir.