Tovbə - 9:30 Yəhudilər: "Üzeyir Allahın oğludur," dedilər. Xristianlar da: "Məsih Allahın oğludur," dedilər. Bu, ağızlarından çıxan sözləridir. Öncədən inkar etmiş olanların sözlərini təqlid edirlər.  Allah onları məhkum edər. Necə də çevrilirlər?
Allaha övlad aid etmənin vahiməsi:
Məryəm/19:88 Hətta "Rəhman (Özünə) övlad götürdü," dedilər.
Məryəm/19:90 Bu arsızlıqdan ötrü az qala göylər parçalanacaq, yer yarılacaq və dağlar uçacaqdır.
Məryəm/19:92 Övlad götürmək Rəhmana yaraşmaz.
Məryəm/19:93 Göylərdə və yerdə kim varsa, Rəhmana qul olaraq gələcəkdir.