Tovbə - 9:42 Yaxın bir mənfəət və orta məsafədə bir yolçuluq (səfər) olsaydı, səni izləyəcəkdilər; ancaq çətinlik onlara ağır gəldi. Allaha and içəcəklər: "Gücümüz yetsəydi, sizinlə birlikdə çıxacaqdıq." Beləcə özlərini məhv edirlər. Allah onların yalançı olduqlarını bilir.
Savaşa qatılmamaq üçün keçərli üzrlər nələrdir?
Fəth/48:16 Ərəblərdən geri qalanlara de ki: "Siz çox güclü bir topluluğa qarşı çağırılacaqsınız. Onlar təslim olana qədər onlarla savaşacaqsınız. İtaət etsəniz Allah sizə gözəl bir mükafat verər. Daha öncə üz çevirdiyiniz kimi üz çevirsəniz, sizi ağrılı-acılı bir əzab ilə cəzalandırar.
Fəth/48:17 Kora bir çətinlik yoxdur, iflicə bir çətinlik yoxdur, xəstəyə də bir çətinlik yoxdur. Kim Allaha və elçisinə tabe olarsa, O onu içindən çaylar axan cənnətlərə daxil edər. Kim üz çevirərsə, onu da ağrılı-acılı bir formada cəzalandırar.

Tovbə/9:90 Ərəblərdən üzr uyduranlar, izin almaq üçün sənin yanına gəldilər. Allah və elçisinə yalan söyləyənlər beləcə oturdular. İnkarçılarına ağrılı-acılı bir əzab toxunacaqdır.
Tovbə/9:91 Allaha və elçisinə səmimi bağlı olduqları təqdirdə zəiflərə, xəstələrə və yardım üçün verəcək bir şey tapa bilməyənlərə bir eyib yoxdur. Yaxşı davrananlar qınana bilməz. Allah Bağışlayandır, Rəhmlidir.
Tovbə/9:92 Eyni şəkildə, onları mindirməyin üçün sənin yanına gəldiklərində, "Sizi mindirəcək bir minik tapa bilmirəm," dediyin və maddi imkansızlıqlarına görə üzüntüdən gözlərindən yaş axaraq geri dönənlər də qınana bilməz.
Tovbə/9:93 Yalnız, zəngin olduqları halda səndən izin istəyənlər qınana bilər. Geridə qalanlarla birlikdə olmağı istədilər, Allah da qəlblərini damğaladı. Bunun üçün bilməzlər.