Tovbə - 9:5
Müqəddəs aylar çıxınca, (hələ də sülhə yanaşmırlarsa) o bütpərəstləri yaxaladığınız yerdə öldürün. Onları yaxalayın, onları mühasirəyə alın və hər hərəkətlərini izləyin. Tövbə edib namaz qılar və zəkat verərlərsə yollarını sərbəst buraxın. Allah Bağışlayandır, Rəhmlidir.
Müqəddəs aylar:
Tovbə/9:36
Göyləri və yeri yaratdığı gün Allahın kitabında ayların sayı, Allaha görə on ikidir. Bunlardan dördü isə müqəddəsdir. Bax qüsursuz din budur; o aylarda (savaşaraq) özünüzə zülm etməyin. Amma bütpərəstlər sizinlə cəm halda savaşarlarsa, siz də onlarla cəm halda savaşın. Biləsiniz ki, Allah müttəqi davrananların yanındadır.
Tovbə/9:2
Yer üzündə daha dörd ay gəzib dolaşın, bilin ki, siz Allahı aciz qoya bilməzsiniz və Allah inkar edənləri rəzil edər.
Tovbə/9:3
Bu, eyni zamanda Allah və Elçisindən bütün insanlara, böyük həcc günü yayımlanmış bir xəbərdarlıqdır: Allah bütpərəstlərdən uzaqdır, elçisi də... Tövbə edərsəniz sizin üçün daha yaxşıdır. Dönərsəniz, bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. İnkar edənlərə ağrılı-acılı bir əzabı müjdələ.
Tovbə/9:4
Ancaq, onlarla bağladığınız müqavilənin şərtlərinə tam riayət edən və sizə qarşı başqalarıyla iş birliyində olmayan bütpərəstlərin müqaviləsini müddəti bitənə qədər yerinə yetirin. Allah müttəqiləri sevər.
Tovbə/9:5
Müqəddəs aylar çıxınca, (hələ də sülhə yanaşmırlarsa) o bütpərəstləri yaxaladığınız yerdə öldürün. Onları yaxalayın, onları mühasirəyə alın və hər hərəkətlərini izləyin. Tövbə edib namaz qılar və zəkat verərlərsə yollarını sərbəst buraxın. Allah Bağışlayandır, Rəhmlidir.
Bəqərə/2:197
Həcc, bilinən aylarda yerinə yetirilməlidir. Kim o aylarda həccə qərar vermişsə, bilsin ki, həcdə cinsi əlaqə, pislik etmək, mübahisə etmək yoxdur. Etdiyiniz hər yaxşılığı Allah bilir. Yol üçün azuqənizi hazırlayarkən, ən xeyirli azuqənin müttəqilik olduğunu unutmayın. Dərrakə sahibləri! Məni dinləyin.