Tovbə - 9:79
Könüllü olaraq yardım edən iman edənlərin comərdliklərini tənqid ednlər və eyni zamanda çox (bir şey) verə bilməyən yoxsullarla da istehza edənlər ki var, Allah onları alçaldır. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
İkiüzlülər yardımlarını bir itki və qarşılıqsız (xeyirsiz) iş hesab edər:
Ya sin/36:47
Onlara, "Allahın sizə verdiyi ruzilərdən verin," deyildiyi vaxt, inkar edənlər iman edənlərə, "Allahın, istədiyi təqdirdə yedirə (qidalandıra) biləcəyi kimsələrimi yedirək? Siz gerçəkdən yaxşıca yoldan çıxmışsınız," deyərlər.
Tovbə/9:53
De ki: "Yoxsullara istər könüllü, istərsəniz də könülsüz yardım edin; sizdən qəbul edilməyəcəkdir. Çünki siz yoldan çıxmış bir topluluqsunuz."
Tovbə/9:54
Yardımlarının qəbul edilməsinə əngəl sadəcə budur: Allahı və elçisini inkar etdilər, namaza ancaq tənbəlliklə yaxınlaşırlar və yardımları da istəksiz edərlər.
Tovbə/9:73
Ey Peyğəmbər, kafirlərə və ikiüzlülərə qarşı mücadilə et və onlara qarşı sərt davran. Varacaqları yer cəhənnəmdir. Ora necə də pis bir dönüş yeridir!
Tovbə/9:73
Ey Peyğəmbər, kafirlərə və ikiüzlülərə qarşı mücadilə et və onlara qarşı sərt davran. Varacaqları yer cəhənnəmdir. Ora necə də pis bir dönüş yeridir!
Tovbə/9:74
İnkar sözlərini demələrinə və təslim olduqdan sonra inkar etmələrinə rəğmən, onları söyləmədiklərinə dair Allaha and içirlər. Əslində, heç bir zaman yetişə bilməyəcəkləri şey üçün çox səy göstərdilər. Allah və elçisi Onun lütfüylə onları zənginləşdirdikdən sonra öc almağa qalxdılar! Tövbə edərlərsə özləri üçün yaxşı olar. Üz çevirərlərsə, Allah onları dünya və axirətdə ağrılı-acılı bir əzabla cəzalandırar; yer üzündə nə bir dostları, nə də bir yardımçıları olar.
Tovbə/9:75
Hətta bəziləri, "Bizə lütfündən verərsə, paramızı yardım üçün xərcləyəcəyik və dürüst insanlardan olacağıq," deyə Allaha söz verdilər.
Tovbə/9:76
Fəqət, onlara Öz lütfündən verincə, simicləşdilər və üz çevirərək döndülər.
Tovbə/9:76
Fəqət, onlara Öz lütfündən verincə, simicləşdilər və üz çevirərək döndülər.
Tovbə/9:77
Allaha verdikləri sözə xilaf çıxdıqları və yalan söylədikləri üçün Onunla qarşılaşacaqları günə qədər qəlblərinə ikiüzlülük saldı.
Tovbə/9:78
Bilmirlərmi ki, Allah onların həm gizlədiklərini, həm də pıçıldadıqlarını bilir və Allah bütün gizliləri biləndir?
Tovbə/9:79