بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
11:21 Onlar, şəxsiyyətlərini itirənlərdir. Və uydurduqları şeylər də onları tərk etmişdir.
11:23 İman edib müttəqi davrananlar və Rəblərinə könüldən boyun əyənlər isə Cənnət əhlidir. Onlar orada əbədi qalacaqlar.
11:24 Hər iki qrupun nümunəsi, kor və kar olan biri ilə görən və eşidən birinin (halı) kimidir. Durumları eynidirmi? Öyüd almırsınız?
11:25 Nuhu xalqına göndərmişdik: "Mən, sizin üçün açıq-aşkar xəbərdarlıq edən biriyəm."
11:26 "Allahdan başqasına qulluq etməyin! Ağrılı-acılı bir günün əzabına uğramanızdan qorxuram."
11:27 Xalqının inkar edən öncüləri, "Səni sadəcə bizim kimi bir insan olduğunu görürük və aramızdakı dayaz düşüncəli adi insanlardan başqa kimsənin sənə tabe olmadığını görürük. Sizin bizdən hər hansısa bir üstünlüyünüzü də görmürük. Əksinə, biz sizin yalançı olduğunuzu sanırıq," dedilər.
11:28 Dedi ki: "Ey xalqım! Əgər mən Rəbbimdən gələn qəti bir dəlilə sahibəmsə və mənə bir rəhmət bəxş edibsə, bunlar gözünüzə görünmürsə (onda necə)? Siz onu istəmədiyiniz halda, biz sizi ona məcburmu edəcəyik?"
11:29 "Ey xalqım, buna qarşılıq sizdən hər hansısa bir para (pul) istəmirəm. Ücrətim ancaq Allahdan gəlir. İman edənləri də qova bilmərəm; onlar, Rəbləri ilə qarşılaşacaqlar. Fəqət, sizi cahillik edən bir topluluq olaraq görürəm."
11:30 "Ey xalqım, onları qovsam, Allaha qarşı kim mənə yardım edəcək? Öyüd almırsınız?"
11:31 "Allahın xəzinələrinin yanımda olduğunu söyləmirəm, gizli olanı bilmirəm, mələk olduğumu da irəli sürmürəm. Xor baxdığınız kimsələrə, Allahın bir yaxşılıq bağışlamayacağını da söyləmirəm. Onların gizli düşüncələrini Allah daha yaxşı bilir. Əks təqdirdə zalımlardan olaram."
11:32 Dedilər ki: "Ey Nuh, sən bizimlə mübahisə etdin və bizimlə mübahisəni uzatdın. Doğru sözlüsənsə haydı bizi təhdid etdiyin şeyi gətir görək."
11:33 Dedi ki: "Onu, istəyərsə, sizin başınıza ancaq Allah gətirə bilər. Siz əngəl ola bilməzsiniz."
11:34 "Allah azmanızı istəmişsə, mən sizə öyüd vermək istəsəm də, sizə o öyüdümün bir faydası olmayacaqdır. Odur Rəbbiniz və siz Ona döndəriləcəksiniz."
11:35 "Bunu (bu nəql edilən tarixi mübahisəni) o uydurdumu"- deyirlər? (Ey Muhəmməd!) De ki: "Onu mən uydurmuşamsa, günahımdan mən (özüm) məsuliyyətli olacağam və sizin işlədiyiniz günahlarla da mənim bir əlaqəm yoxdur."
11:36 Nuha vəhy edildi: "Bu vaxta qədər iman etmişlərin xaricində artıq xalqından heç kimsə iman etməyəcəkdir. Onların davranışları səni üzməsin."
11:37 "Nəzarətimiz altında vəhyimizlə gəmini düzəlt. Zalımlar üçün mənə baş vurma; onlar suda boğulacaqlar."
11:38 Gəmini düzəldərkən, xalqının öncüləri hər yanından keçdikdə onu məsxərəyə qoyurdular. Dedi ki: "Bizi məsxərəyə qoyursunuzsa, sizin bizi məsxərəyə qoyduğunuz kimi, biz də sizi məsxərəyə qoyuruq."
11:39 "Alçaldıcı əzab kimə gəlirmiş və sürəkli əzaba kim layiq imiş, irəlidə biləcəksiniz."
11:40 Nəhayət, əmrimiz gəlib və göy qaynayıb daşınca, ona dedik ki: "Hər növdən bir cütü, daha öncə  məhkum edilmişlər xaric, ailə-uşağını və iman edənləri ona yüklə." Onunla birlikdə iman etmişlər zatən bir neçə nəfər idi.