بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
11:61 Səmuda da qardaşları Salehi... Dedi ki: "Ey xalqım, Allaha qulluq edin, Ondan başqa tanrı yoxdur. Sizi yerdən çıxarıb yaradan, sizi oraya yerləşdirən Odur. Elə isə Ondan bağışlanma diləyin və sonra Ona yönəlin. Şübhəsiz Rəbbim Yaxındır, Cavab verəndir.
11:62 Dedilər ki: "Ey Saleh, sən bundan öncə, aramızda məşhur bir ümid qaynağı idin. İndi sən bizi atalarımızın qulluq/xidmət etdiklərindənmi çəkindirirsən? Biz, sənin bizi çağırdığın şeylərdən şübhə içindəyik."
11:63 Dedi ki: "Ey xalqım, əgər mən Rəbbimdən qəti bir dəlilə sahibəmsə və Öz tərəfindən mənə rəhmət vermişsə? Ona üsyan edərsəm, məni Allahdan kim qurtara bilər? Siz ancaq mənim ziyanımı artıra bilərsiniz."
11:64 "Ey xalqım, Allahın bu dəvəsi sizin üçün bir ayədir. Allahın torpağında buraxın otlasın. Ona pislik etməyin. Yoxsa sizi yaxın bir əzab yaxalayar."
11:65 Fəqət, onu işgəncə ilə kəsdilər. "Yurdunuzda yaşamağınız üçün üç gününüz var. Bu, yalan olmayan bir sözdür," dedi.
11:66 Əmrimiz gəlincə, Salehi və onunla birlikdə iman edənləri Bizdən bir rəhmət ilə o günün rəzilliyindən qurtardıq. Rəbbin, şübhəsiz Güclü və Üstündür.
11:68 Sanki orada heç yaşamamışdılar. Doğrusu Səmud (xalqı) Rəblərinə qarşı gəldi; Səmud (xalqı) məhv olub getdi.
11:69 Elçilərimiz İbrahimə müjdəni götürdüklərində "Salam!" (sülh olsun) dedilər. O da "Salam!" dedi və dərhal (onlara) qızardılmış bir buzov gətirdi.
11:70 Əllərinin ona uzanmadığını görüncə, bu hallarını bəyənmədi; içinə bir qorxu düşdü. "Qorxma," dedilər, "Biz Lutun xalqına göndərilmişik."
11:71 Ayaq üstə duran arvadı (bu xəbərə sevinib) gülüncə Biz də ona (İbrahimə) İshaqı və İshaqın ardından Yəqubu müjdələdik.
11:72 "Vay başıma gələnlər," dedi, "Mən yaşlı bir qadın və ərim də qoca bir adam ikən uşaqmı doğacağam? Bu, çox qəribə bir şeydir!"
11:73 "Allahın işinəmi təəccüblənirsən?" dedilər, "Allahın rəhməti və bərəkəti sizin üzərinizədir ey ev əhli. O, Tərifə Ən Layiqdir, Ucaların Ucasıdır."
11:74 İbrahimdən qorxu gedib, ona bu müjdə verilincə, Lut xalqı haqqında Bizimlə mübahisə etməyə başladı.
11:76 "Bundan əl çək İbrahim. Rəbbinin əmri gəlmişdir; onlar qarşısıalınmaz bir əzaba məhkum olmuşdurlar."
11:77 Elçilərimiz Lutun yanına gəlincə, onlara pis davranıldı. Bu durum (Lutun) canını sıxdı və (özü-özünə), "Bu, çox çətin bir gün olacaq", dedi.
11:78 Xalqı yüyürərək oraya gəldilər; günah işləməyi adət halına gətirmişdilər. "Ey xalqım, bunlar qızlarımdır, onlar sizin üçün daha təmizdir. Allaha hörmət edin, qonaqlarımın qarşısında məni rəzil etməyin. İçinizdə ağlı başında bir adam yoxdur?" dedi.
11:79 "Bilirsən ki, sənin qızlarına bizim bir ehtiyacımız yoxdur. Sən bizim nə istədiyimizi yaxşı bilirsən," dedilər.
11:80 (Lut:) "Kaş ki, sizə gücüm yetsəydi və ya güclü dostlara sahib olsaydım," dedi.