بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
14:1 Əlif. Ləm. Ra. Bir kitabdır. Onu sənə nazil etdik ki, insanları Rəblərinin izni ilə qaranlıqlardan aydınlığa çıxarasan, O Güclü və Tərifə layiq olanın yoluna...
14:2 Yəni Allahın. O ki, göylərdə və yerdə olanların hamısına sahibdir. Layiq görüldükləri çətin (şiddətli) əzabdan dolayı vay kafirlərin halına.
14:3 Onlar ki, dünya həyatını axirətdən üstün tuturlar, Allahın yolundan azdırırlar və onu əyri göstərmək istəyirlər. Bunlar olduqca (həddən artıq) azmışlardır.
14:4 Biz hər elçini ancaq xalqının dilində göndəririk ki, onlara bildirə bilsin. Allah istəyəni/istədiyini azdırır, istəyəni/istədiyini də doğruya yetişdirir. O, Güclüdür, Hikmət sahibidir.
14:5 Musanı, "Xalqını qaranlıqlardan aydınlığa çıxar və onlara Allahın günlərini xatırlat," deyə möcüzələrimizlə göndərdik. Səbr edən və şükür edən hər kəs üçün əlbəttə bunda dərslər vardır.
14:6 Bir vaxt, Musa xalqına: "Allahın üzərinizdəki nemətini xatırlayın. Sizə işgəncənin ən pisini tətbiq edən, oğullarınızı kəsib, qadınlarınızı sağ buraxan Fironun adamlarından sizi O qurtardı. Bu, Rəbbinizdən sizin üçün böyük bir sınaq idi," demişdi.
14:7 Rəbbin, "Şükür edərsəniz, sizə daha bol verərəm, amma nankorluq edərsəniz əzabım çətindir," deyə bildirmişdi.
14:8 Musa: "Yer üzündə olan hər kəslə birlikdə nankorluq etsəniz, biləsiniz ki, Allah möhtac deyildir, tərifə layiqdir," demişdi.
14:9 Sizdən öncəkilərin, Nuh, Ad və Səmud xalqının və onlardan sonra gəlib, sadəcə Allahın bildiyi kimsələrin xəbərləri sizə yetişmədimi? Elçiləri onlara açıq-aşkar dəlillərlə getdilər, fəqət onlara dəyər vermədilər (alçaltdılar) və "Biz gətirdiyiniz şeyi inkar edirik və bizi çağırdığınız mesaj haqqında şəkkimiz və şübhəmiz var," dedilər.
14:10 Elçiləri: "Göyləri və yeri yarıb yaradan Allahamı şəkk edirsiniz? Günahlarınızı bağışlamaq üçün sizi çağırır və sizə möhlət verir," dedilər. Onlar da, "Siz, ancaq bizim kimi insanlarsınız, atalarımızın qulluq/xidmət etməkdə olduğu şeydən bizi çevirmək istəyirsiniz. Bizə açıq-aydın bir səlahiyyət sənədi gətirin," dedilər.
14:11 Elçiləri isə onlara belə dedilər: "Biz, əlbəttə sizin kimi bir insanıq. Ancaq, Allah, qullarından istədiyini seçərək ona lütf edir. Allahın izni olmadan sizə bir səlahiyyət sənədi gətirə bilməmiz mümkün olan şey deyil. İman edənlər Allaha güvənməlidir.
14:12 "Bizə yollarımızı göstərdiyi halda, nə üçün Allaha güvənməyək? Sizin bizə etdiyiniz əziyyətə qarşı səbrlə müqavimət göstərəcəyik. Güvənənlər Allaha güvənməlidir."
14:13 İnkar edənlər elçilərinə, "Ya bizim dinimizə geri dönərsiniz, ya da sizi yurdumuzdan qovarıq!" dedilər. Rəbləri onlara, "Zalımları məhv edəcəyik," deyə vəhy etdi,
14:14 "Onlardan sonra o yurda sizi yerləşdirəcəyik. Bu, qayda-qanunlarıma hörmət göstərən və təhdidlərimdən qorxanlar üçündür."
14:17 Onu udmağa çalışar, amma boğazından keçirə bilməz. Ölüm ona hər yandan gələr, amma ölə bilməyəcək. Ardından da çətin bir əzab gələcəkdir.
14:18 Rəblərini inkar edənlərin etdikləri işlər, fırtınalı bir gündə küləyin sovurduğu kül kimidir. Qazandıqlarından heç bir şey əldə edə bilməzlər. Bax gerçək itki (zərər) budur.
14:19 Allahın göyləri və yeri müəyyən bir məqsəd üçün yaratdığını görmürsənmi? İstəyərsə, sizi götürər və yerinizə yeni məxluqları gətirər.