بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
15:3 Burax onları, yesinlər, əylənsinlər və ümidləriylə başlarını qatsınlar; mütləq öyrənəcəklər.
15:5 Heç bir camaat müəyyən edilmiş vaxtını nə (önə) keçə bilər, nə də gerisində qala bilər.
15:8 Biz mələkləri ancaq bəlli bir məqsəd üçün göndəririk. O zaman da kimsəyə möhlət verilməz.
15:9 Şübhəsiz Zikri (mesajı) Biz, bəli Biz nazil etdik və onu qoruyan da, əlbəttə yenə Bizik.
15:14 Onlara göydən bir qapı açsaq və onun içində (yuxarıya doğru) yüksəlmiş olsaydılar,
15:18 Ancaq onlardan xəlvətcə qulaq asan olarsa, onu alovlu bir atəş gülləsi qovalayar.
15:19 Yer üzünü genişlədib içinə sağlam dağlar yerləşdirdik və orada hər şeyi mükəmməl bir ölçüyə görə bitirdik.
15:20 Orada həm sizin üçün, həm də sizin qidalandırmadığınız canlılar üçün yaşaya biləcək bir mühit yaratdıq.