بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
16:22 Tanrınız bir tək Tanrıdır. Axirətə iman etməyənlərin qəlbləri inkarçıdır və onlar təkəbbür göstərərlər.
16:23 Şübhəsiz ki, Allah onların gizlədiklərini də, açığa çıxardıqlarını da bilir. O, təkəbbür göstərənləri sevməz.
16:24 Onlara deyilmişdi: "Rəbbiniz nə nazil etmişdi?" Dedilər: "Əvvəlkilərin nağıllarımı."
16:25 Dirilmə günündə öz günahlarının hamısını, ayrıca azdırdıqları kimsələrin günah yüklərindən də bir payı yüklənərlər. Yükləri necə də pisdir.
16:26 Onlardan öncəkilər də hiylə qurmuşdular; ancaq Allah, binalarını təməlindən yıxmış, üzərlərindəki tavan başlarına çökmüşdü; və cəza, onların gözləmədikləri bir yerdən gəlmişdi.
16:27 Sonra, Dirilmə günündə onları rəzil edər və: "Uğrunda mübahisə edərək mücadilə etdiyiniz 'ortaqlarım' haradadır?" deyər. Özlərinə bilgi verilənlər də belə deyərlər: "Bu gün rəzillik və pislik kafirlərədir."
16:28 Onlar ki, nəfslərinə zülm edərkən mələklər canlarını alır. Axırda təslim olub: "Biz hər hansısa bir pislik etmirdik!" deyərlər. Xeyr, Allah sizin etdiklərinizi yaxşı bilir.
16:29 İçində daimi qalacağınız Cəhənnəmin qapısından girin! Təkəbbürlənənlərin yeri necə də pisdir.
16:30 Müttəqilərə: "Rəbbiniz nə nazil etmişdi?" deyilir. "Yaxşılıq," deyə qarşılıq verirlər. Bu dünyada gözəl davrananlar üçün gözəllik vardır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də yaxşıdır.
16:31 İçlərindən çaylar axan Ədn cənnətlərinə girərlər. Orada hər istədikləri şeyi taparlar. Allah müttəqiləri bax belə mükafatlandırır.
16:32 Yaxşı vəziyyətdə ikən mələklər canlarını almağa gəldiklərində, "Sizə salam olsun! Etdiklərinizin qarşılığı olaraq cənnətə girin!" deyərlər.
16:33 Özlərinə mələklərin gəlməsini, yaxud Rəbbinin əmrinin gəlməsinimi gözləyirlər? Özlərindən öncəkilər də eyni şəkildə davranmışdılar. Onlara Allah zülm etmədi, onlar özləri özlərinə zülm etdilər.
16:34 Etdiklərinin pis nəticələri onlara toxundu və istehza etdikləri şeylər onları bürüdü.
16:35 Ortaq qoşanlar, "Allah istəməsəydi, nə biz, nə də atalarımız Ondan başqa bir şeyə qulluq/xidmət etməz və Onun haram etdiyindən başqasını da haram etməzdik." Onlardan öncəkilər də bu cür davranmışdı. Elçinin açıq şəkildə bildirməkdən başqa bir görəvimi var?
16:36 Hər bir cəmiyyətin içində, "Allaha qulluq edin və bütpərəstlikdən çəkinin," deyən bir elçi göndərdik. Onlardan bəzisinə Allah yol göstərdi, bəzisi də azğınlıqda qalmağa məhkum oldu. Yer üzünü gəzib dolaşın və yalanlayanların sonunun necə olduğuna diqqət edin.
16:37 Doğrunu görmələri üçün nə qədər uğraşsan da, Allah azdırdığını doğruya yönəltməz. Onların bir yardımçısı da olmaz.
16:38 "Allah ölən bir kəsi diriltməz" deyə bütün gücləriylə Allaha and içərlər. Xeyr, Onun verdiyi gerçək bir sözdür o. Ancaq insanların çoxu bunu bilmir.
16:39 Anlaşılmazlığa (ixtilafa) düşdükləri mövzuları onlara açıqlasın və kafirlər də özlərinin yalançı olduğunu öyrənsin.