بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
16:101 Biz bir dəlilin yerinə bir başqa dəlili gətirdiyimiz zaman -(ona görə) ki, Allah nəyi nazil etdiyini yaxşı bilir- "Sən, ancaq bir iftiraçısan!" deyərlər. Gerçəkdən çoxları bilmir.
16:102 De ki: "İman edənləri sağlamlaşdırsın, müsəlmanlara bir yol göstərici və müjdə olsun deyə Müqəddəs Ruh onu Rəbbindən gerçəklə nazil etdi."
16:103 "Ona bir insan öyrədir!" şəklindəki sözlərini əlbəttə bilirik. Nəzərlərində tutduqları şəxsin dili başqadır, bu isə açıq-aşkar Ərəbcə bir dildir.
16:104 Allahın ayələrinə iman etməyənləri Allah doğru yola yönəltməz; onlar üçün ağrılı-acılı bir əzab vardır.
16:105 Yalan uydurub iftira edənlər Allahın ayələrinə iman etməyənlərdir. Onlar gerçək yalançılardır.
16:106 Qəlbi imanla dolu olduğu halda (inkar etməyə) məcbur edilən istisna olmaqla, imandan sonra inkar etməyə qəlbini açıb Allahı inkar edənlər, Allah tərəfindən bir qəzəbə layiqdirlər və onlar üçün böyük bir əzab vardır.
16:107 Çünki onlar dünya həyatını axirətdən üstün tutdular. İnkar edən topluluğu Allah doğru yola yönəltməz.
16:108 Bax onlar, Allahın qəlblərini, eşitmə və görmələrini möhürlədiyi kimsələrdir. Onlar qafillərdir.
16:110 Sonra Rəbbin, təzyiqə məruz qaldıqdan sonra köç (hicrət) edən, cihad edən və müqavimət göstərənlər üçün, bəli sənin Rəbbin, şübhəsiz onlar üçün Bağışlayandır, Rəhmlidir.
16:111 O gün hər kəs gələr özünü qurtarmağa çalışar və hər kəsə etdiyinin qarşılığı tam ödənər və onlara əsla zülm edilməz.
16:112 Allah güvən içində uğur qazanmış bir topluluğu örnək olaraq verir: O topluluğun ruzisi onlara hər tərəfdən bol miqdarda yetişirdi. Ancaq daha sonra, Allahın nemətlərinə qarşı nankor davranınca Allah onlara aclıq və qorxu bəlasını daddırdı.
16:113 Onlara özlərindən bir elçi gəldi, onu yalanladılar. Sonunda, zülm etdikləri vaxt onları əzab yaxaladı.
16:114 Allahın sizə ruzi olaraq verdiklərini, halal və təmiz olaraq yeyin və Allahın nemətlərinə şükür edin; sadəcə Ona qulluq edirsinizsə.
16:115 Sizə yalnızca leş, qan, donuz əti və Allahdan başqası üçün nəzr edilənləri haram etmişdir. Kim (bunları yemək) məcburiyyətində qalarsa, istəkli olmamaq və həddi aşmamaq şərtiylə Allah Bağışlayandır, Rəhmlidir!
16:116 Dillərinizin yalan yerə dəyərləndirməsindən ötrü "Bu halaldır, bu haramdır," deməyin!" Beləcə Allaha yalan isnad edirsiniz. Allaha yalan isnad edənlər uğur qazana bilməzlər.
16:117 Bu, qısa müddətli bir faydalanmadır. Onlar ağrılı-acılı bir əzaba məhkum olmuşlardır.
16:118 Yəhudilərə, daha öncə sənə anlatdığımız şeyləri haram etdik. Biz onlara zülm etmədik; fəqət onlar özləri özlərinə zülm edirdilər.
16:119 Buna rəğmən Rəbbin, avamlıqları üzündən pislik etdikdən sonra ardından tövbə edib düzələnlərə (qarşı), bəli sənin Rəbbin ondan sonra Bağışlayandır, Rəhmlidir.
16:120 İbrahim, Allaha boyun əyən, monoteist bir öncü idi. Heç bir vaxt ortaq qoşmadı.