بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
16:81 Və Allah, yaratdığı şeylərdən sizin üçün kölgələr əmələ gətirdi, sizin üçün dağları sığınacaq etdi, sizi istidən qoruyacaq paltarlar və sizi savaşlarınızda qoruyacaq paltarlar hazırladı. Təslim olasınız deyə nemətlərini sizə bu cür tamamlayır.
16:83 Allahın nemətlərini çox yaxşı tanıdıqları halda onları inkar edərlər. Onların çoxu kafirlərdir.
16:84 Hər topluluqdan bir şahid göndərdiyimiz gün, inkar edənlərə nə izin verilər, nə də üzrləri qəbul edilər.
16:85 Zülm edənlər əzabı gördükləri zaman artıq onlar üçün yüngülləşdirilməz, təxirə salınmaz.
16:86 Ortaq qoşanlar, ortaq qoşduqları kimsələri gördükləri zaman, "Rəbbimiz, Səndən başqa çağırdığımız ortaqlarımız bax bunlardır," deyərlər. (Onlar da), "Siz yalançılarsınız (biz sizin bu günahınıza heç bir zaman ortaq olmadıq)," deyə qarşılıq verərlər.
16:87 O gün tamamilə Allaha təslim olmuşdurlar və uydurduqları şeylər də onları tərk etmişdir.
16:88 İnkar edib Allahın yolundan ayrılanların etdikləri fəsaddan ötrü əzab üstünə əzab artırarıq.
16:89 Hər topluluğun içindən, özlərinə qarşı bir şahid göndərdiyimiz, bunlara qarşı da səni şahid olaraq gətirdiyimiz gün... Biz sənə bu kitabı, hər şeyi açıqlayan, bir yol göstərici, bir rəhmət və müsəlmanlara bir müjdə olaraq nazil etdik.
16:90 Allah ədaləti, yaxşılıq etməyi və əqrəbaya yardım etməyi əmr edər. Pislikdən, fənalıqdan və azğınlıqdan isə sizi çəkindirər. Öyüd almağınız üçün sizi bu cür aydınladır.
16:91 Anlaşma etdiyinizdə (müqvilə bağladığınızda) Allahın əhdini yerinə yetirin. Möhkəm içdiyiniz andları pozmayın. Allahı özünüzə kəfil etmişdiniz. Allah etdiklərinizi bilir.
16:92 İpliyini möhkəmcə əyirdikdən sonra (onu) açan qadın kimi olmayın. Bir topluluğun digər bir topluluqdan güclü olmasından faydalanaraq andlarınızı aranızda pis şeyə istifadə etməyin. Allah sizi beləcə sınayar. Anlaşılmazlığa (ixtilafa) düşdüyünüz mövzuları Dirilmə günü sizə açıqlayacaq.
16:93 Allah istəsəydi, sizi tək bir camaat edərdi. Ancaq, istədiyini azdırır, istədiyinə də yol göstərir. Əlbəttə etdiklərinizdən sorğu-sual olunacaqsınız.
16:94 Andlarınızı aranızda pis şeyə istifadə etməyin ki, möhkəm dayanmış ayağınız sürüşər. Allahın yolundan azdığınız üçün pərişanlığı dadar və ağrılı-acılı bir əzaba layiq olarsınız.
16:95 Allaha verdiyiniz sözü ucuza satmayın. Sizin üçün Allahın yanındakılar daha yaxşıdır; bir bilsəniz.
16:96 Sizin yanınızda olanlar bitər; ancaq Allahın yanındakılar isə daimidir. Çətinliklərə qarşı müqavimət göstərənlərin mükafatlarını, etdikləri yaxşılıqlara uyğun olaraq əlbəttə verəcəyik.
16:97 Kişi olsun, qadın olsun, hər kim inanclı olaraq yaxşı bir iş görərsə, ona bu dünyada gözəl bir həyat bağışlayarıq və etdikləri yaxşı işlərə qarşılıq mükafatlarını da tam verərik.
16:100 Onun gücü, onu (özünə) dost seçənlərə və onu Rəblərinə ortaq qoşanlaradır.