بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
17:1 Bəzi ayələrimizi ona göstərmək üçün qulunu gecə vaxtı (Məkkədəki) Müqəddəs Məsciddən, çevrəsini bərəkətli etdiyi ən uzaq məscidə (səcdə yerinə) götürüb aparan çox Ucadır. O şübhəsiz Eşidəndir, Görəndir.
17:2 Eyni şəkildə, Musaya Kitabı vermişdik. İsrail oğullarını bu gerçəyə yönəltmək üçün: "Məndən başqa bir sahib qəbul etməyin."
17:3 Onlar, Nuh ilə birlikdə daşıtdığımız kimsələrin soyudur; o şükür edən bir qul idi.
17:4 Kitabda İsrail oğullarına: "Yer üzündə iki dəfə fəsad törədəcəksiniz və olduqca təkəbbürlənəcəksiniz," deyə bildirdik,
17:5 "Birincisinin zamanı gəlincə, böyük gücə sahib qullarımızı üstünüzə göndərərik. Evlərinizə qədər girərək araşdırarlar. Gerçəkləşməsi lazım olan bir sözdü bu."
17:6 "Sonra onlara qalib gəlmək imkanını sizə verəcəyik, sizi mal və soy ilə dəstəkləyərək savaşçılarınızı çoxaldacağıq."
17:7 "Yaxşı davranarsanız, özünüz üçün yaxşı davranmış olarsınız. Pis davranarsanız yenə özünüz üçündür. Sonuncusunun zamanı gəlincə, sizi kədərə boğacaqlar və ilk dəfə girdikləri kimi məscidə girəcəklər. Ələ keçirdiklərini yerlə bir edəcəklər."
17:8 Rəbbiniz sizə rəhmət edər. Siz (fəsad törətməyə) dönərsəniz, Biz də (cəzalandırmağa) dönərik. Cəhənnəmi kafirlər üçün zindan etdik.
17:9 Bu Quran ən yaxşı yola yetişdirir və müttəqi davranan möminləri böyük bir mükafatla müjdələyir.
17:10 Axirətə iman etməyənlərə gəlincə, onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq.
17:11 İnsan, yaxşı bir şey üçün dua etdiyini sanarkən, əslində pis bir şey üçün dua edər. İnsan çox tələsəndir.
17:12 Gecəni və gündüzü iki ayə (dəlil) etdik. Rəbbinizin nemətlərini axtarasınız və illərin hesabını biləsiniz deyə gecənin ayəsini sildik, gündüzün ayəsini aydınlıq etdik. Biz hər şeyi təfsilatı ilə açıqlayırıq.
17:13 Hər insanın qədərini öz boynuna (şəxsi seçiminə) bağlamışıq. Dirilmə günündə, onun üçün bir qeyd (yazı) çıxarıb yayımlayarıq.
17:15 Kim doğru yola gəlirsə, özü üçün yola gəlmiş olur. Kim azarsa, öz əleyhinə azar. Heç kimsə başqasının yükünü çəkməz. Biz bir elçi göndərmədən heç kimsəni cəzalandırmarıq.
17:16 Biz bir cəmiyyəti məhv etmək istədiyimiz zaman onun öncü varlılarının orada pislik etməsinə izin verərik. Beləcə o cəmiyyətə verilmiş söz gerçəkləşər və onu yerlə bir edərik.
17:17 Nuhdan sonra neçə-neçə cəmiyyətləri məhv etdik. Qullarının günahlarını xəbər alan və görən olaraq Rəbbin yetər.
17:18 Kim bu müvəqqəti dünyanı istəyərsə, orada istədiyimizə dilədiyimiz qədər verərik. Ancaq daha sonra onu, qınanmış və qovulmuş olaraq cəhənnəmə məhkum edərik.
17:19 Kim Axirəti seçər və mömin olaraq lazım olan cəhdi göstərərsə, bax onların cəhdi təqdir edilir.
17:20 Hamısına, onlara da, bunlara da Rəbbinin nemətlərindən verərik. Rəbbinin nemətləri məhdudlaşdırılmamışdır.