بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
19:4 "Rəbbim, vücudumdakı sümük zəiflədi, başım da ağappaq ağarmışdı. Rəbbim, Sənə yalvardığımda, heç bir vaxt naümid olmadım."
19:5 "Mənə tabe olanların məndən sonrakı halından narahat oluram. Arvadım da qısırdır. Qatından mənə bir varis bağışla."
19:7 "Zəkəriyya, sənə bir oğul müjdələyirik. İsmi Yəhyadır. Onun kimisini daha öncə yaratmadıq."
19:8 "Rəbbim, mənim necə bir oğlum ola bilər? Arvadım qısır, mən isə həddən artıq yaşlıyam," dedi.
19:9 "Bəli elədir, (lakin) Rəbbin, 'O iş Mənim üçün asandır. Daha öncə səni yaratmışdım və sən heç bir şey deyildin' deyir."
19:10 "Rəbbim, mənə bir işarət ver," dedi. "Sənin işarətin, bir-birinin ardınca üç gecə boyunca insanlarla danışmamandır."
19:11 Məbəddən insanların arasına çıxdı və, "Onu (Allahı) səhər-axşam düşünüb xatırlayın," deyə onlara işarətlə bildirdi.
19:14 Ana-atasına qarşı yaxşı davranırdı, əsla zorakılıq edən (dikbaş) və üsyankar olmadı.
19:15 Doğulduğu gün, öləcəyi gün və diri olaraq qaldırılacağı gün ona salam olsun!
19:16 Kitabda Məryəmi də xatırla. Ailəsindən ayrılıb şərq tərəfdə bir yerə çəkilmişdi.
19:17 Özü ilə onlar arasına bir pərdə çəkmişdi. Bu durumda ona Ruhumuzu göndərdik və önündə mükəmməl bir insan surətində formalaşdı.
19:19 (Mələk:) "Mən, sənə tərtəmiz bir oğlan uşağı vermək üçün görəvləndirilmiş Rəbbinin bir elçisiyəm," dedi.
19:20 (Məryəm:) "Mənə heç bir insan əli dəyməmiş və mən iffətsizlik etməmişkən necə olur ki, bir oğlum olur?" dedi.