بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
21:1 İnsanların hesabları yaxınlaşdı; ancaq onlar hələ də qəflət içində üz çevirməkdədirlər.
21:2 Hər nə vaxt Rəblərindən onlara yeni bir mesaj (zikr) gəlsə, onu ciddiyə almadan dinləyərlər.
21:3 Qəlbləri qorxusuzdur. Zalımlar gizlicə bir-birləriylə görüşdülər: "Bu adam sizin kimi bir insan deyilmi? Göz görə-görə sehrəmi qapılacaqsınız?"
21:5 Hətta, "Boş xəyallardır", "Onu o uydurmuşdur" və "O bir şairdir, daha öncəki elçilər kimi o da bizə möcüzələr gətirsin," dedilər.
21:6 Bunlardan öncə məhv etdiyimiz cəmiyyətlərdən heç biri iman etməmişdi. İndi bunlarmı iman edəcək?
21:7 Səndən öncə, insanlardan başqa elçi göndərmədik; onlara vəhy edirdik. Bilmirsinizsə mütəxəssislərdən soruşun.
21:8 Onları, yemək yeməyən bədənlər olaraq yaratmadıq. Onlar ölümsüz də deyildilər.
21:9 Sonra onlara verdiyimiz sözü yerinə yetirdik; onları istədiklərimizlə birlikdə qurtardıq; həddi aşanları da həlak etdik.
21:10 Sizə, sizin üçün olan mesajı ehtiva edən bir kitabı nazil etmişik. Ağlınızı istifadə etmirsiniz?
21:11 Neçə-neçə ölkələri, haqsızlıq etmələrindən ötrü qırıb məhv etdik və onların ardınca başqa cəmiyyətlər yaratdıq.
21:13 Qaçmayın, dəbdəbəli və israfçılıq üçün yaşadığınız yerə, evlərinizə dönün. Çünki sorğu-suala çəkiləcəksiniz.
21:17 Bir əyləncə etmək istəsəydik, onu Öz qatımızda edərdik. Bəli, belə bir işi istəsəydik!
21:18 Xeyr, Biz gerçəyi batilin üstünə atarıq, sonra da onu məğlub edib məhv edər. (Allaha) isnad etdiklərinizdən ötrü vay halınıza.
21:19 Göylərdə və yerdə kim varsa Ona aiddir. Yanındakılar, Ona qulluq etməkdən böyüklənməz və tərəddüd etməzlər.