بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
22:22 Hər nə vaxt oradakı sıxıntıdan çıxmaq istəsələr, oraya geri çevrilərlər: "Yandırıcı əzabı dadın."
22:23 Allaha iman edib müttəqi davrananları, içində çaylar axan Cənnətlərə daxil edər. Orada qızıl bilərziklər və incilər taxacaqlar, oradakı libasları isə ipəkdəndir.
22:24 Onlar sözün gözəlinə yönəldilmişlərdir, onlar Ən Çox Təriflənənin yoluna yönəldilmişlərdir.
22:25 İnkar edənlər, yerli və xaricdən gələn bütün insanlar üçün bərabər olaraq ayırdığımız  Mübarək Məsciddən və Allahın yolundan geri çevirənlər və orada zülm və azğınlıq axtaranlar, tərəfimizdən ağrılı-acılı bir əzab dadacaqlar.
22:26 İbrahimi evin (Kəbənin) məkanına yerləşdirmişdik: "Mənə heç bir şeyi ortaq etmə. Evimi də, ziyarətçilər, orada məskunlaşanlar, rüku və səcdə edənlər üçün təmizlə."
22:27 "İnsanlara  Həcc ziyarətini elan et. Sənin yanına piyada olaraq və ya fərqli minik vasitələriylə uzaqlardan gəlsinlər.
22:28 (Ona görə) ki, onlar üçün bəzi (ictimai, siyasi və iqtisadi) faydalara şahid olsunlar və onlara kənd təsərrüfatı heyvanlarını ruzi olaraq verdiyi üçün Allahın ismini bilinən (məlum) günlərdə xatırlasınlar. "Onlardan yeyin və sıxıntı içindəki yoxsullara da yedirdin."
22:29 Sonra öhdəliklərini tamamlasınlar, vermiş olduqları sözlərini yerinə yetirsinlər və o tarixi evi ziyarət etsinlər.
22:30 Bax belə! Kim Allahın qadağalarına hörmət göstərərsə, Rəbbinin yanında özü üçün daha yaxşıdır. Sizə xüsusilə bildirilənlərin xaricindəki bütün kənd təsərrüfatı heyvanları halal (qanuni) edilmişdir. O halda bütpərəstliyin fəlakətindən çəkinin, yalan sözdən ehtiyat edin.
22:31 Allaha ortaq qoşmayaraq, özünüzü sadəcə Ona həsr edin. Kim Allaha ortaq qoşarsa, sanki göydən düşmüş və onu kərkəz qapmış və ya ruzgar tərəfindən dərin bir fiordda sürüklənirmiş kimi olar.
22:32 Kimlər Allahın əmrlərinə hörmət göstərərsə, qəlblərindəki müttəqiliyi sərgiləmişdir.
22:33 Onları o Tarixi Evə bağışlamazdan öncə, onlardan (heyvanlardan) müəyyən bir müddət (ərzində) faydalanırsınız.
22:34 Onlara kənd təsərrüfatı heyvanlarını ruzi olaraq verməsindən ötrü, Allahın isimini xatırlamaları üçün, hər topluluğa ayrı bir ibadət forması müəyyən etdik. Tanrınız tək bir tanrıdır. Sadəcə Ona təslim olun. İtaət edənlərə müjdə ver.
22:35 Onlar elə kimsələrdir ki, Allahdan bəhs edildiyində ürəkləri ürpərir. Başlarına gələnə səbr edərlər, namazı qoruyarlar və onlara verdiyimiz ruzidən yardım üçün xərcləyərlər.
22:36 Allaha qulluğun bir işarəti olaraq, heyvanların qurban edilməsində sizin üçün faydalar mövcuddur. Onlar sırada düzülmüş halda üzərlərində Allahın ismini xatırlamalısınız. Yanları üzərinə düşdükləri zaman da onlardan yeyin və dilənənə də, dilənməyən yoxsula da yedirdin. Şükür edəsiniz deyə onları sizə amadə qıldıq.
22:37 Allaha nə onların ətləri, nə də qanları yetişir; Ona ancaq sizin müttəqi davranışınız yetişir. Onları beləcə sizin xidmətinizə vermişdir ki, sizi doğruya yetişdirdiyi üçün Allahın böyüklüyünü xatırlayasınız.
22:39 Zülm edilərək savaşa məruz qalanlara izin verilmişdir. Allah onları dəstəkləməyə əlbəttə qadirdir.
22:40 Onlar (o kəslər) ki, yalnızca, "Rəbbimiz Allahdır" dedikləri üçün haqsız yerə ölkələrindən çıxarıldılar. Allah insanların bəzisini, bəzisinə qarşı müdafiə etməsəydi, içərilərində Allahın isminin daha çox xatırlandığı monastır, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, əlbəttə yardım edəcəkdir. Allah əlbəttə Güclüdür, Üstündür.