بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
22:61 Bu gerçəkləşəcəkdir. Çünki Allah Gecəni gündüzə daxil edər, gündüzü də gecəyə daxil edər və Allah Eşidəndir, Biləndir.
22:62 Bu gerçəkləşəcəkdir. Çünki Allah Gerçəkdir, Ondan başqa yalvardıqları isə gerçək olmayandır və Allah Ucadır, Böyükdür.
22:63 Allahın göydən bir su endirdiyini və yer üzünün yaşıllaşdığını görmürsənmi? Allah Şəfqətlidir, Xəbərdardır.
22:64 Göylərdə və yerdə nə varsa Onundur. Şübhəsiz Allah Zəngindir, Tərifəlayiqdir.
22:65 Allahın yerdəki şeyləri və əmri ilə dənizdə axıb gedən gəmiləri xidmətinizə verdiyini və göyü, izni olmadan yerin üzərinə düşməkdən qoruduğunu görmürsənmi? Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir.
22:66 Sizi dirildən, sonra öldürən, sonra da dirildən Odur... İnsan əlbəttə çox nankordur.
22:67 Hər bir topluluğu, yerinə yetirmələri üçün bir sıra qayda-qanun ilə mükəlləf etdik. Onun üçün bu mövzuda səninlə mübahisə etməsinlər. Sən Rəbbinə (tərəf) çağır. Şübhəsiz, sən doğru bir yol üzərindəsən.
22:68 Səninlə mübahisə edərlərsə, de ki, "Allah etdiyiniz hər şeyi ən yaxşı biləndir."
22:69 Mübahisə etdiyiniz mövzular barəsində, Dirilmə günü, Allah aranızda hökm verəcəkdir.
22:70 Allahın göydə və yerdə olan hər şeyi bildiyini bilmirsənmi? Bütün bunlar bir kitabda qeyd edilmişdir (yazılmışdır). Əlbəttə bu Allah üçün asandır.
22:71 Allahla yanaşı elələrinə qulluq/xidmət edirlər ki, onlara heç bir güc verilməmişdir və barələrində bir bilgiyə də sahib deyillər. Bu zalımların heç bir yardımçısı yoxdur.
22:72 Onlara açıq-aşkar ayələrimiz oxunduğunda, inkar edənlərin üzündə inkarçılığı oxuyarsan. Onlara ayələrimizi oxuyanların üzərinə az qala hücum edəcəklər. De ki, "Bundan daha pisini sizə bildirimmi? Atəş! Allah onu kafirlərə vəd etmişdir. Necə də pis bir aqibətdir!"
22:73 Ey insanlar! Məhz sizin üçün, diqqətlə dinləyə biləcəyiniz bir örnək: Allahla yanaşı qulluq/xidmət etdikləriniz, toplansalar da bir milçək belə yarada bilməzlər. Hətta milçək onlardan bir şey qapsa, onu ondan geri ala bilməzlər. İstəyən də aciz, istənən də...
22:75 Allah mələklərdən və insanlardan elçilər seçər. Əlbəttə, Allah Eşidəndir, Görəndir.
22:76 O onların keçmişini də, gələcəyini də bilir. Və bütün işlər Allah tərəfindən kontrol edilir.
22:77 Ey iman edənlər! Əyilin, səcdə edin, Rəbbinizə qulluq edin və yaxşılıq işləyin ki, müvəffəq olasınız.
22:78 Və Allah uğrunda lazımi cəhdi və fəaliyyəti göstərin. Odur sizi seçən. O, atanız İbrahimin yolu olan bu dini, sizin üçün çətin və ağır etmədi. Elçinin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün, sizi, daha öncə də, indi də "Müsəlmanlar=Təslim olanlar" olaraq adlandıran Odur. Namazı qoruyun, zəkatı verin və Allaha sarılın; Mövlanız (Sahibiniz) Odur. Nə gözəl Sahib və nə gözəl Yardımçıdır!