بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
23:61 Məhz onlar, yaxşılıqlarda yarışanlardır; və onlar yaxşılıq etməkdə öncüdürlər.
23:62 Biz heç kimsəyə gücünün yetdiyindən artıq məsuliyyət yükləmərik. Qatımızda gerçəyi söyləyən bir Kitab vardır. Heç kimsə haqsızlığa uğradılmayacaqdır.
23:64 Varlılarını (zənginlərini) cəzaya məruz qoyduğumuzda, fəryad etməyə başlayarlar.
23:68 Onlar bu sözü incələmədilərmi (araşdırmadılarmı), yoxsa keçmiş atalarına gəlməyən bir şeymi onlara gəldi?
23:70 Yoxsa, onun dəli olduğunamı qərar verdilər? Halbuki onlara gerçəyi gətirmişdi. Lakin onların çoxu gerçəyi xoşlamır.
23:71 Gerçək onların arzularına tabe olsaydı, göylər, yer və içlərindəkilər fəsada uğrayardı. Halbuki onlara mesajlarını verdik, ancaq çoxları mesajlarından üz çevirməkdədir.
23:72 Yoxsa sən onlardan bir maaşmı (ücrətmi) istədin? Rəbbinin maaşı (ücrəti) daha yaxşıdır. O, ruzi verənlərin ən yaxşısıdır.
23:75 Onlara acıyıb başlarına gələn pərişanlıqlarını aradan qaldırsaydıq belə, azğınlıqları içində sərgərdan gəzəcəkdilər.
23:76 Onları cəzaya məruz qoymamıza rəğmən Rəblərinə boyun əymədilər, yalvarmadılar.
23:77 Onlara şiddətli bir əzabın qapısını açdığımız zaman heyrətlənib şok oldular.
23:78 Odur yaradan, eşitmə, görmə duyğuları və beyinlər. Nə qədər də az şükür edirsiniz.
23:80 Odur dirildən və öldürən; gecənin və gündüzün dəyişməsi Ona bağlıdır. Ağlınızı istifadə etmirsiniz?