بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
24:1 Bu, nazil edərək qanun olaraq yayımladığımız bir surədir, öyüd alasınız deyə içinə açıq-aşkar ayələr yerləşdirdik.
24:2 Zina edən qadın və kişinin hər birinə yüz qamçı vurun. Allaha və axirət gününə iman edirsinizsə, onlara olan acıma hissiniz Allahın qanununu yerinə yetirməkdə sizə əngəl olmamalıdır. İman edənlərdən bir qrup onların cəzalandırılma prosesinə şahid olsun.
24:3 Zina edən bir kişi, ancaq, zina edən və ya müşrik bir qadınla evlənə bilər; zina edən bir qadın da, ancaq, zina edən və ya müşrik bir kişi ilə evlənə bilər. Bu, iman edənlər üçün qadağandır.
24:4 Evli qadınları günahlandırdıqdan sonra dörd şahid gətirə bilməyənlərə səksən qamçı vurun və onların şahidçiliyini əbədi olaraq qəbul etməyin. Onlar yoldan çıxmış kimsələrdir.
24:5 Ancaq, bundan sonra yönəlib vəziyyətlərini düzəldənlər başqa. Allah Bağışlayandır, Rəhmlidir.
24:6 Arvadlarını günahlandırıb özlərindən başqa şahidləri olmayan kişilərdən birinin şahidliyi, doğru danışdığına dair dörd dəfə Allaha and içməsiylə keçərlidir.
24:7 Beşinci andında da, yalançı olduğu təqdirdə Allahın lənətinin öz üzərinə olmasını diləyər.
24:8 Dörd dəfə Allaha and içərək ərinin yalan söylədiyinə şahidlik etdiyi təqdirdə qadın cəzanı uzaqlaşdırar.
24:9 Beşinci andda da, ərinin doğru olduğu təqdirdə özünün Allahın qəzəbinə uğramasını diləyər.
24:10 Allah sizə lütfü və mərhəməti ilə davranmasaydı, Allah Tövbələri Qəbul Edən və Hikmət sahibi olmasaydı...
24:11 O iftiranı, sizdən bir banda uydurdu. Onun sizin üçün pis olduğunu sanmayın; əksinə sizin üçün xeyirlidir (bir dərsdir). Bu arada, onlardan hər biri günahı paylaşmışdır. Başçılıq edənləri də böyük bir cəzaya layiqdir.
24:12 Onu eşitdiyiniz zaman, siz iman edən kişi və qadınların bir-biriniz haqqında yaxşı düşüncələrə sahib olaraq, "Bu açıq-aşkar böyük bir yalandır," deməli deyildinizmi?
24:13 Dörd şahid gətirməli deyildilərmi? Şahidlər gətirmədiklərinə görə onlar Allah yanında yalançılardandır.
24:14 Allahın sizə dünya və axirətdə lütfü və mərhəməti olmasaydı, batıb-bulaşdığınız o hadisədən ötrü sizə böyük bir cəza toxunacaqdı.
24:15 Onu dilinizə dolamış və haqqında bir bilginiz olmayan bir mövzuda ağzınızı açıb danışırdınız. Onu bəsit bir şey sanmışdınız. Halbuki o, Allah yanında böyükdür.
24:16 Onu eşitdiyiniz zaman, "Bunu danışmağımız doğru deyil. Sən Ucasan. Bu böyük bir iftiradır," deməli deyildinizmi?
24:17 İman edənlərsinizsə, Bənzərini təkrarlamayasınız deyə Allah sizə öyüd verir.
24:19 İman edənlərin arasından həyasızlığın yayılmasını arzulayanlar, dünya və axirətdə ağrılı-acılı bir cəzaya layiqdirlər. Allah bilir, siz bilməzsiniz.
24:20 Allahın sizə lütfü və rəhməti olmasaydı, Allah ən Şəfqətli və Rəhim (ən Mərhəmətli) olmasaydı.