بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
25:21 Bizimlə qarşılaşmağı ümid etməyənlər, "Bizə ya mələklər enməli, yaxud da Rəbbimizi görməliyik!" dedilər. Öz-özlərinə təkəbbür göstərmişlər və azğınlıqda çox irəli getmişdilər.
25:22 Mələkləri gördükləri gün, günahkarlar üçün ürəkaçan bir gün olmayacaqdır. "Tamamilə mühasirəyə alındıq," deyərlər.
25:24 O gün Cənnət əhlinin qalacağı yer daha yaxşı olub, daha gözəl xəbərlər eşidəcəklər.
25:25 Göyün bulud kütlələri halında parçalanacağı və mələklərin cəm halda endirildiyi gün,
25:26 Məhz o gün, hakimiyyət bütünlüklə və mütləq olaraq Rəhmanındır. İnkar edənlər üçün çətin bir gün olacaqdır.
25:27 O gün zalım kimsə (üzüntüdən) əlini dişləyib belə deyər: "Kaş ki, elçi ilə birlikdə eyni yolu tutsaydım."
25:29 "Məni, mənə yetişən mesajdan azdırdı. Gerçəkdən, şeytan insanı yarı yolda buraxar."
25:31 Biz ayrıca hər peyğəmbərə günahkarlardan bir düşmən yaratdıq. Yol göstərən və yardımçı olaraq Rəbbin yetər.
25:32 İnkar edənlər: "Quran, ona nə üçün bir dəfədə nazil edilmədi?" dedilər. Biz bu şəkildə onu yaddaşına yerləşdirməkdə və onu müəyyən edilmiş bir sıraya görə oxumaqdayıq.
25:33 Onların sənə yönəltdikləri hər tezisə (iddiaya) qarşı, Biz sənə gerçəyi və ən gözəl açıqlamanı gətirərik.
25:34 Cəhənnəmə zorla sürüklənənlər ən pis yerə və ən əyri yola sahib olanlardır.
25:35 Biz Musaya kitabı vermiş və qardaşı Harunu da ona yardımçı olaraq təyin etmişdik.
25:36 "Siz ikiniz, ayələrimizi yalanlayan bu camaatın yanına gedin," dedik. Bunun ardından onları fəlakətə sürükləyib məhv etdik.
25:37 Bənzər şəkildə, Nuhun camaatı da elçiləri yalanlayınca, insanlar üçün bir dərs olsun deyə onları boğduq. Zalımlar üçün ağrılı-acılı bir cəza hazırlamışıq.
25:40 Fəlakət yağmuruna tutulmuş olan ölkənin (Sodom) yanından keçirlər. Onu görmədilərmi? Əslində onlar yenidən dirilməyə iman etmirdilər.