بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
27:41 "Taxtının formasını dəyişdirin, görək doğrunu tapa biləcəkmi, yoxsa doğrunu tapa bilməyənlərdənmi olacaq?"
27:42 (Qadın lider) gəlincə, ona: "Sənin taxtın bunamı bənzəyir?" deyildi. "Eynilə odur," dedi, "Bizə ondan öncə bilgi verilmişdi və biz müsəlman idik."
27:43 Onu, Allahdan başqa qulluq/xidmət etdikləri azdırmışdı. İnkar edən bir topluluğun bir üzvü idi.
27:44 Ona, "Sarayın salonuna daxil ol!" deyildi. Sarayın salonunu görüncə, su hovuzu sanaraq qıçlarını çırmaladı. (Süleyman) dedi ki, "Bu, kristalla döşənmiş bir salondur." (Qadın lider), "Rəbbim, özümə haqsızlıq etmişəm. Süleyman ilə birlikdə aləmlərin Rəbbi Allaha təslim oldum," dedi.
27:45 Səmuda qardaşları Salehi, "Allaha qulluq edin," desin deyə göndərdik. Bundan sonra, mübahisə edən (ixtilafa düşən) iki qrupa ayrıldılar.
27:46 Dedi: "Ey xalqım, Nə üçün yaxşılığın yerinə pislik üçün tələsirsiniz? Mərhəmət olunmağınız üçün Allahdan bağışlanma diləməyinizə ehtiyac yoxdur?"
27:47 Dedilər ki, "Sən və bərabərindəkilər bizə uğursuzluq gətirdiniz." Dedi ki, "Sizin uğursuzluğunuz Allahdan gəlməkdədir. Doğrusu siz sınağa çəkilən bir camaatsınız."
27:48 Şəhərdə doqquz nəfərdən ibarət bir çətə var idi; bölgədə fəsad çıxarırlar və əsla yaxşı bir şey etmirdilər.
27:49 Allaha and içərək bir-birlərinə, "Ona və ailəsinə bir gecə hücumu edək və sonra onun qəbiləsinə, onların ölümü haqqında heç bir şey bilmədiyimizi və doğru danışdığımızı söyləyək," dedilər.
27:51 Planlarının necə nəticələndiyinə bax; biz onları, xalqları ilə birlikdə yerləyeksan etdik.
27:52 Zülm etmələri üzündən, bax (budur) çökmüş evləri... Bilən bir cammat üçün bunda bir dərs olmalıdır.
27:54 Lut da xalqına demişdi ki, "Gördüyünüz halda necə olur ki, belə bir pisliyi işləyirsiniz?"
27:55 "Qadınları buraxıb kişilərləmi cinsi əlaqəyə girirsiniz? Siz gerçəkdən çox cahil bir topluluqsunuz."
27:56 Xalqının cavabı sadəcə, "Lutun ailəsini Qəsəbənizdən çıxarın. Onlar təmiz qalmaq istəyirlər," demək oldu.
27:57 Biz də onu və ailəsini qurtardıq, yalnız arvadından başqa; onu geridə qalanlardan saydıq.
27:58 Üstlərinə bir yağmur yağdırdıq. Xəbərdar edilmişlərin yağmuru necə də pis idi.
27:59 De ki, "Tərif Allaha xasdır. Salam (sülh) da seçdiyi qullarına olsun. Allahmı, yoxsa onların ortaq qoşduqlarımı daha yaxşıdır?"
27:60 Göyləri və yeri yaradan, göydən bir su yağdırıb, onunla sizin bir ağacını belə bitirə bilməyəcəyiniz gözəl bağçalar bitirən kimdir? Allah ilə birlikdə başqa bir tanrımı? Doğrusu, onlar azmış bir camaatdır.