بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
27:61 Yer üzünü bir məskunlaşma mərkəzi edən, aralarından çaylar çıxaran, üzərinə sağlam dağlar yerləşdirən və hər iki suyun arasına bir əngəl (maneə) qoyan kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? Doğrusu, onların çoxu bilməz.
27:62 Darda qalmışın çağırışına qarşılıq verən, pisliyi aradan qaldıran və sizi yer üzünün varisləri edən kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? Nə qədər az öyüd alırsınız?
27:63 Qurunun və dənizin qaranlıqlarında sizə yol göstərən kimdir? Rəhmətindən öncə küləkləri müjdə olaraq göndərən kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? Allah ortaq qoşduqlarından çox ucadır.
27:64 Yaradılışı başladan və sonra onu  təkrarlayan kimdir? Sizi göydən və yerdən ruziləndirən kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? De ki, "Doğru sözlülərsinizsə dəlilinizi gətirin."
27:65 De ki, "Göylərdə və yerdə, Allahdan başqa kimsə gələcəyi bilə bilməz. Nə zaman diriləcəklərinin belə fərqinə vara bilməzlər."
27:66 Doğrusu, onların axirət haqqındakı bilgiləri ordan-burdan yığılmadır (doğru olmayan bilgilərdir). Doğrusu, onlar bir şübhə içində, daha doğrusu, onlar ona tamamilə kordurlar.
27:67 İnkar edənlər dedilər: "Biz və atalarımız torpaq olduqdan sonramı çıxardılacağıq?"
27:68 "Bizə və atalarımıza da daha öncə eyni söz verilmişdi. Bunlar, keçmişdəkilərin nağıllarından başqa bir şey deyildir."
27:72 "Bəlkə də, meydan oxuyaraq istədiyiniz şeylərin bir qismi, hətta sizə çatmışdır," de.
27:73 Şübhəsiz, Rəbbin insanlara qarşı Lütf Sahibidir, fəqət çoxları şükür etməz.
27:74 Və Rəbbin onların kökslərinin gizlədiyini də, aşakara çıxardığını da əlbəttə bilir.
27:76 Bu Quran, İsrail oğullarının hələ də, mübahisəsini etdiyi bir çox mövzunu anlatmaqdadır.
27:80 Sən nə ölülərə eşitdirə bilərsən, nə də arxa çevirib gedən karlara çağırışı eşitdirə bilərsən.