بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
28:3 İman edən bir camaat üçün, Musa ilə Fironun bəzi xəbərini sənə doğru olaraq anlatmaqdayıq.
28:4 Firon yer üzündə despotca davrandı. Xalqını siniflərə ayırıb onlardan bir qrupu əzib istismar edir, qızlarını sağ buraxıb oğullarını kəsirdi. O, bir fəsadçı idi.
28:5 Yer üzündə gücsüzləşdirilib əzilənlərə lütf edərək istədik ki, onları öndərlər və varislər edək.
28:6 Və onları yer üzünə yerləşdirək, Firon, Haman və ordularına, qorxduqları şeyi göstərək.
28:7 Musanın anasına: "Onu əmizdir, ancaq nə zaman onun can güvənliyindən narahat olarsansa onu çaya at. Qorxma, üzülmə. Biz onu sənə döndərəcək və onu elçilərdən biri edəcəyik," deyə vəhy etdik.
28:8 Nəhayət Fironun ailəsi, özləri üçün bir düşmən və üzüntü qaynağı olacaq o körpəni götürdü. Firon, Haman və orduları günahkarlar idilər.
28:9 Fironun arvadı, "Gözümüz aydın olsun. Onu öldürmə. Bəlkə bizə faydası toxunar, yaxud onu övlad seçərik." Heç bir şeydən xəbərləri yox idi.
28:10 Musanın anasının könlü bomboş səhərə çıxdı. İman etməsi üçün könlünə qüvvət verməsəydik, az qala vəziyyəti açığa çıxaracaqdı.
28:11 (Anası onun) bacısına, "Onu təqib et," dedi. O da kimsə hiss etmədən uzaqdan təqib etdi.
28:12 Öncədən, onun süd analarını qəbul etməməsini təmin etdik. Nəhayət (bacısı), "Sizin üçün onun qayğısına qalmağı öhdəsinə götürəcək və onunla yaxşı davranacaq bir ailəni göstərimmi?" dedi.
28:13 Beləcə onu anasına döndərdik ki, gözü aydın olsun, üzülməsin və Allahın sözünün gerçək olduğunu bilsin. Halbuki çoxları bilməz.
28:14 Yetkinlik çağına gəlib kamilləşincə ona hikmət və bilgi verdik. Yaxşı davrananları belə mükafatlandırırıq.
28:15 Xalqının xəbəri olmadığı bir vaxtda şəhərə girmişdi. Orada iki adamın vuruşduğunu gördü; biri onun tərəfindən (İbrani), digəri də düşmən tərəfindən (Misirli) idi. (Onun) tərəfindən olan adam düşməninə qarşı ondan yardım istədi. Buna görə də Musa o birinə bir yumruq vurub işini bitirdi. "Bu şeytanın bir işidir; o bir düşməndir, açıq-aşkar bir azdırıcıdır," dedi.
28:16 (Musa) dedi: "Rəbbim! Mən özümə haqsızlıq etdim, məni bağışla." O da onu bağışladı. Çünki O, Bağışlayandır, Rəhmlidir.
28:17 (Musa) dedi: "Rəbbim, Mənə bağışladığın nemətlərə qarşılıq olaraq bundan belə günahkarlara yardım etməyəcəyəm."
28:18 Qorxu içində, ətrafa göz qoya-qoya şəhərdə səhərə çıxdı. Ondan dünən yardım istəyən adam, fəryad edərək yenə ondan yardım istəyirdi. Musa ona, "Bəlli ki, sən bir bəlalısan," dedi.
28:19 Ortaq düşmənlərini yaxalamaq istəyincə, "Musa, dünən birisini öldürdüyün kimi, bu gün də mənimi öldürmək istəyirsən? Sən, yer üzündə müttəqi biri olmaq istəmirsən; bir zülmkar olmaq istəyirsən," dedi.
28:20 Şəhərin o biri yanından qaça-qaça gələn bir adam, "Musa! Zadəganlar səni öldürmək üçün öz aralarında danışıqlar aparırlar. Tez buranı tərk et; mən sənə öyüd verməkdəyəm," dedi.