بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
30:3 (Ərəblərin yaşadığı) bölgəyə ən yaxın yerdə... Məğlubiyyətlərindən sonra məğlub edəcəklər.
30:4 Bir neçə il içində. İş, önündə, sonunda Allaha aiddir. O gün iman edənlər sevinəcəklər.
30:5 Allahın zəfəri ilə... O istədiyini zəfərə yetişdirir. O Üstündür, Rəhmlidir.
30:7 Onlar dünya həyatının xarici görünən tərəfini bilirlər. Axirətdən isə xəbərsizdirlər.
30:8 Öz-özlərinə heç düşünmədilərmi ki, Allah göyləri, yeri və aralarındakıları bir məqsəd üçün və müəyyən bir müddət üçün yaratmışdır?! Buna rəğmən, insanların əksəriyyəti Rəbləri ilə qarşılaşmağı inkar etməkdədirlər.
30:9 Yer üzündə dolaşıb özlərindən öncəkilərin sonunun necə olduğuna baxmırlarmı? Onlardan daha güclü idilər, torpağı işlədilər və onlardan daha çox məhsul əldə etdilər. Elçiləri onlara açıq-aşkar dəlillərlə getmişdilər. Onlara zülm edən Allah deyildi; Onlar özləri özlərinə zülm edirdilər.
30:10 Pislik işləyənlərin axırı pis oldu. Çünki Allahın ayə və möcüzələrini yalanladılar və onlarla əyləndilər.
30:11 Yaradılışı başladan, sonra onu təkrarlayan Allahdır. Və axırda siz Ona döndəriləcəksiniz.
30:13 Qoşduqları ortaqlarından da onlara şəfaət edən heç bir kimsə çıxmaz; ortaqlarını inkar edərlər.
30:16 İnkar edib, ayələrimizi və axirət görüşməsini yalanlayanlar da əzabın içinə daxil edilərlər.
30:17 Elə isə, gecə vaxtı bir küncə çəkildiyiniz və səhər vaxtı qalxdığınız zaman Allahı təriflə xatırlayın.
30:19 Ölüdən dirini çıxarır, diridən də ölünü çıxarır, ölümündən sonra yeri dirildir. Bax, siz belə çıxarılacaqsınız.
30:20 Sizi bir torpaqdan yaratması və sonra yayılıb çoxalan insanlar olmağınız Onun ayələrindəndir.