بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
31:4 Onlar ki, namazı qoruyarlar, zəkatı verərlər; axirət haqqında da şübhələri yoxdur.
31:5 Bax, Rəbləri tərəfindən yol göstərilənlər və xoşbəxtçiliyə yetişənlər bunlardır.
31:6 İnsanlardan bəzisi var ki, insanları bilgisizcə Allahın yolundan azdırmaq və onu kiçik hesab etmək üçün təməlsiz hədislərə sarılarlar. Onlar üçün alçaldıcı bir əzab vardır.
31:7 Ona ayələrimiz oxunduğu zaman, sanki onu heç eşitməmiş kimi, sanki qulaqlarında ağırlıq (karlıq) varmış kimi böyüklənərək arxa çevirər. Ona ağrılı-acılı əzabı müjdələ.
31:9 Orada əbədi qalacaqlar. Bu, Allahın verdiyi gerçək sözdür. O, Üstündür, Hikmət Sahibidir.
31:10 Göyləri, gördüyün bir dirək olmadan yaratmışdır. Və silkələnməməyiniz üçün yer üzünə tarazlıq təminedicilər atıb yerləşdirdi və orada hər növ məxluqu yaydı. Göydən bir su yağdırdıq və orada hər gözəl cütü bitirdik.
31:11 Bu Allahın yaratmasıdır. Ondan başqasının nələr yaratdığını mənə göstərin. Zalımlar, gerçəkdən açıq-aşkar bir azğınlıq içindədirlər.
31:12 Loğmana hikmət verdik: "Allaha şükür etməlisən!" Kim şükür edərsə, özü üçün şükür edər; kim nankorluq edərsə, əlbəttə Allah möhtac deyildir, Çox Tərifəlayiqdir."
31:13 Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."
31:14 Biz insana ana-atasını öyüd-nəsihət etdik. Anası onu böyük bir çətinliklə daşıyar. Süddən kəsilməsi iki il içində olur. Mənə və ana-atana təşəkkür etməlisən. Dönüş Mənədir.
31:15 Haqqında bilgin olmayan bir şeyi Mənə ortaq qoşmağın üçün səninlə mücadilə edərlərsə, ikisinə də itaət etmə. Ancaq dünyada onlarla yaxşı davranmalısan. Mənə yönələnlərin yoluna tabe ol. Axırda dönüşünüz Mənədir və etdiyiniz hər şeyi sizə bildirəcəyəm.
31:16 "Əziz Oğlum, xardal dənəsi ağırlığınca bir şey, istər bir qayanın içində olsun, istər göylərdə və ya yerdə olsun, Allah onu gətirər. Allah Lətifdir, Xəbərdardır.
31:17 "Əziz Oğlum, namazı qoru, yaxşılığı əmr et, pislikdən çəkindir və başına gələnə səbr et. Bunlar təməl davranışlardandır."
31:18 "Təkəbbür göstərərək insanları alçaltma, yer üzündə də özünü darta-darta gəzib dolanma. Allah özünü bəyənib öyünəni sevməz."
31:19 "Yerişində riyakarlıqdan çəkin və səsini də azalt. Ən çirkin səs eşşəklərin səsidir."
31:20 Allahın göylərdə və yerdə nə varsa əmrinizə verdiyini, nemətlərini həm aşkar, həm də gizli olaraq üzərinizə yağdırdığını görmürsünüz? İnsanlardan bəziləri vardır ki, Allah haqqında bilgisizcə, nə bir yol göstərəni, nə də bir kitabı olmadan mübahisə edər.