بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
32:3 "Onu uydurdu"mu deyirlər? Halbuki bu, səndən öncə özlərinə bir xəbərdar edən (elçi) yetişməmiş bir camaatı, bəlkə yola gələrlər deyə xəbərdar etməyin üçün Rəbbindən gələn bir gerçəkdir.
32:4 Allah göyləri, yeri və aralarındakıları altı gündə yaradan və sonra bütün hökmranlığını qurandır. Sizin üçün Ondan ayrı bir vəli (sahib) və şəfaətçi (vasitəçi) yoxdur. Öyüddən anlamırsınız?
32:5 Göydən yerə qədər bütün işləri O kontrol edər. Sonra sizin saydığınızdan min ilə bərabər bir gün içində Ona yüksələrlər.
32:7 O yaratdığı hər şeyi mükəmməl hala saldı. İnsanın yaradılışına palçıqdan başladı.
32:9 Sonra onu düzəldib formaya salıb ona ruhundan üfürdü. Sizə eşitmə və görmə bacarığı ilə beyinlər verdi; siz çox seyrək (hərdənbir) şükür edirsiniz.
32:10 Və, "Biz torpağa qarışıb yox olduqdan sonra yenidənmi yaradılacağıq?" dedilər. Doğrusu, onlar Rəbləri ilə qovuşmağı inkar edənlərdir.
32:11 De ki, "Üzərinizə görəvləndirilən ölüm mələyi canınızı alacaq və sonra Rəbbinizə döndəriləcəksiniz."
32:12 Günahkarları, Rəbləri hüzurunda başlarını önə əymiş vəziyyətdə ikən bir görsəydin: "Rəbbimiz, gördük və eşitdik. Bizi (geri) döndər ki, müttəqi davranaq. İndi biz qəti olaraq iman etdik."
32:13 İstəsəydik, hər kəsə hidayətini verərdik. Ancaq, cinlərin və insanların bir qismi ilə cəhənnəmi toplu şəkildə dolduracağıma dair sözüm gerçəkləşmişdir.
32:14 Bugünkü görüşünüzə əhəmiyyət verməməyinizin nəticəsini dadın. Biz də sizə əhəmiyyət vermirik. Etdiklərinizin bir nəticəsi olaraq əbədi əzabı dadın.
32:15 Ayə və möcüzələrimizə gerçəkdən iman edənlər, onları eşitdikləri zaman səcdəyə vararlar və təkəbbür göstərmədən Rəblərini ucaldarlar.
32:16 Yataqlarından qalxıb qorxaraq və ümid edərək Rəblərinə yalvararlar. Onlara verdiyimiz nemətlərdən də verərlər.
32:17 Etdiklərinə qarşılıq olaraq, onları nə qədər böyük bir sevinc və xoşbəxtlik gözlədiyini heç kimsə bilə bilməz.
32:18 İman edən biri, yoldan çıxmış biri kimi ola bilərmi? Əlbəttə eyni ola bilməzlər.
32:19 İman edib müttəqi davrananlar üçün cənnət malikanələri vardır. Etdiklərinin bir qarşılığı olaraq.
32:20 Yoldan çıxmışların malikanəsi isə atəşdir. Oradan hər çıxmaq istədiklərində, təkrar oraya çevrilərlər. Onlara, "Yalanlamaqda olduğunuz atəş əzabını dadın," deyilər.