بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
33:61 Lənətlənərlər; Harada rast gəlinsələr, (hücumlarından əl çəkməsələr) yaxalanıb öldürülə bilərlər.
33:62 Öncəkilərə tətbiq edilmiş Allahın sünnətidir (qanunudur). Allahın sünnətində hər hansısa bir dəyişmə tapa bilməzsən.
33:63 İnsanlar səndən Saatı (dünyanın son saatını) soruşur. De ki, "Onun bilgisi Allahın qatındadır; Nə bilirsən, bəlkə də o Saat yaxındır."
33:65 Orada əbədi qalacaqlar. Nə bir vəli (sahib), nə də bir yardımçı tapa bilməzlər.
33:66 Üzləri atəşdə çevrildiyi gün, "Kaş ki, Allaha itaət etsəydik, kaş ki, elçisinə itaət etsəydik," deyərlər.
33:67 Deyərlər ki, "Rəbbimiz, sadatlarımıza (seyidlərimizə, ağalarımıza) / şeyxlərimizə və böyüklərimizə tabe olduq; onlar da bizi yoldan çıxartdılar (azdırdılar)."
33:69 Ey iman edənlər, Musanı incidənlər kimi olmayın. Allah onu onların günahlandırmalarından təmizə çıxartdı. Allah qatında etibarlı biri idi.
33:71 (Ona görə) ki, işlərinizi düzəltsin, günahlarınızı bağışlasın. Kim Allaha və elçisinə tabe olarsa, böyük bir zəfər qazanmışdır.
33:72 Biz öhdəliyi (sınanmağı) göylərə, yerə və dağlara təqdim etmişdik, onlar onu yüklənməkdən çəkinmişlər və qəbul etməmişdilər. Ancaq onu insan yükləndi (boynuna götürdü); o zalım və cahil olmuşdu.
33:73 Beləcə, Allah ikiüzlü kişiləri və qadınları, ortaq qoşan kişiləri və qadınları cəzalandırar və Allaha iman edən kişilərin və qadınların tövbələrini qəbul edər. Allah Bağışlayandır, Rəhmlidir.