بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
34:21 Əslində onun, onlar üzərində hökmranlığı (məcburi etdirmə gücü) yoxdu. Ancaq, axirətə iman edəni, ondan şübhə edəndən beləcə ayırarıq. Rəbbin hər şeyi kontrol etməkdədir.
34:22 De ki, "Allahdan başqa iddia etdiklərinizi çağırın. Onlar göylərdə və yerdə bir atom ağırlığına belə sahib deyillər. Onların hər ikisində də bir ortaqlıqları yoxdur. O da onlardan heç birini yardımçı seçməmişdir."
34:23 Onun qatında şəfaət fayda verməz; ancaq izin verdiyi xaric. Nəhayət, ürəklərindəki qorxuları keçib gedincə, "Rəbbiniz nə dedi?" deyərlər. "Gerçəyi söylədi" deyərlər. O Ən Ucadır, Ən Böyükdür.
34:24 De ki, "Sizin üçün göylərdən və yerdən kim qida təmin edir?" De ki, "Allah!" Elə isə biz və ya siz, ya doğru yoldadır, ya da açıq-aydın bir azğınlıq içindədir."
34:25 De ki, "Bizim günahlarımızdan siz məsul deyilsiniz, biz də sizin etdiklərinizdən məsul deyilik."
34:26 De ki, "Rəbbimiz hamımızı toplayar və sonra aramızda gerçəyə görə hökm verər. O Hakimdir, Biləndir."
34:27 De ki, "Ona qoşduğunuz ortaqları mənə göstərin. Əsla! O Üstün və Hikmət Sahibi olan Allahdır!"
34:28 Biz səni bütün insanlara bir müjdəçi və xəbərdar edici olaraq göndərdik. Ancaq insanların çoxu bilməz.
34:29 "Doğru söyləyirsinizsə, o söz nə zaman gerçəkləşəcəkdir?" deyərək meydan oxuyurlar.
34:30 De ki, "Sizə bir saat gecikməyəcək, bir saat da tez gəlməyəcək, müəyyən edilmiş bir gününüz vardır."
34:31 İnkar edənlər, "Biz nə bu Qurana, nə də ondan öncəkilərə iman etməyəcəyik," dedilər. Zalımları, Rəbləri hüzurunda məhkəmə sırasında bir-birləri ilə söz güləşdirərkən bir görsəydin! (Təhsil, araşdırma, iqtisadi, siyasi və s. yönlərdən) gücsüzləşdirilənlər, təkəbbür göstərmiş olanlara, "Siz olmasaydınız biz iman edən şəxslər olardıq," deyərlər.
34:32 Təkəbbürlənənlər, gücsüzləşdirilən izləyicilərinə, "Sizə hidayət gəldikdən sonra bizmi sizi yoldan çıxartdıq? Xeyr, siz özünüz günahkarlar idiniz," deyərlər.
34:33 Gücsüzləşdirilənlər, təkəbbürlənənlərə, "Əsil siz idiniz. Bizim Allaha qarşı nankorluq göstərməmiz və Ona ortaqlar qoşmamız üçün gecə-gündüz planlar qururdunuz." Əzabı gördükləri zaman içlərində peşmançılıq hiss edərlər. İnkar edənlərin boyunlarına zəncirlər vurmuşuq. Yalnız etdiklərinin qarşılığını almırlarmı?
34:34 Bir məmləkətə hər nə vaxt bir xəbərdar edici göndərsək, elitaları (onun cah-calal içində yaşayan sakinləri), "Sizinlə birlikdə göndərilən o mesajı rədd edirik," dedilər.
34:35 Hətta, "Bizim paramız (pullarımız) və övladlarımız daha çoxdur; biz cəzalandırılmayacağıq," dedilər.
34:36 De ki, "Mənim Rəbbim, istədiyinə ruzini bol verər və ya azaldar. Fəqət insanların çoxu bilməz."
34:37 Sizi bizə yaxınlaşdıran şey nə paralarınızdır (pullarınızdır), nə də övladlarınızdır. Ancaq iman edən və müttəqi davrananlar xaric. Onlara, etdiklərinin iki qat qarşılığı veriləcəkdir və mənzillərində əmin-amanlıq içindədirlər.
34:39 De ki, "Rəbbim, qullarından istədiyinə neməti bol verər və onu azaldar. Nəyi verərsəniz, onu sizə ödəyəcəkdir. O, ruzi verənlərin ən yaxşısıdır."
34:40 Hamısını topladığı gün mələklərə, "Bunlarmı sizə qulluq/xidmət edirdi?" deyər.