بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
40:41 "Ey xalqım, nə üçün mən sizi qurtuluşa çağırarkən, siz məni atəşə çağırırsınız?"
40:42 "Siz məni Allaha qarşı nankor olmağa və haqqında bilgim olmayan şeyləri Ona ortaq qoşmağa çağırırsınız. Mən isə sizi O Üstün və Bağışlayıcı olana çağırıram."
40:43 "Şübhəsiz ki, məni özünə çağırdığınız şeyin nə dünyada, nə də axirətdə bir dayanağı yoxdur. Dönüşümüz Allahadır. Həddi aşanlar, cəhənnəmə gedəcəklər."
40:44 "Sizə bu söylədiklərimi irəlidə xatırlayacaqsınız. Mən işimi Allaha buraxıram. Allah qullarını Görəndir."
40:45 Allah onu onların planladıqları pisliklərdən qorudu. Fironun tərəfdarlarını əzabın ən pisi bürüdü.
40:46 Onlara gündüz və axşam atəş verilər. Dünyanın son günündə isə, "Fironun tərəfdarlarını əzabın ən çətininə (şiddətlisinə) salın."
40:47 Atəşdə höcətləşərlərkən, gücsüzlər, təkəbbür göstərənlərə, "Biz sizin davamçılarınız idik, elə isə bu atəşin bir hissəsini bizdən dəf edə bilərsinizmi?" deyərlər.
40:48 Təkəbbür göstərənlər, "Hamımız onun içindəyik. Allah qulları arasında artıq hökm vermişdir," deyərlər.
40:49 Atəşdəkilər, cəhənnəmin gözətçilərinə, "Rəbbinizə yalvarın ki, bizdən əzabı heç olmasa, bircə gün yüngülləşdirsin," deyərlər.
40:50 Onlar da deyərlər ki, "Elçiləriniz sizə açıq-aşkar dəlillərlə gəlməmişdimi?" "Bəli," deyərlər. Bunun üzərinə onlar, "Elə isə özünüz yalvarın. Halbuki inkar edələrin yalvarması nəticə verməz."
40:51 Biz elçilərimizə və iman edənlərə bu dünya həyatında və şahidlərin üzləşmələrə hazır olacaqları gündə yardım edərik.
40:52 O gün zalımlara üzrləri bir fayda verməz. Lənətə layiqdirlər və onlar üçün pis bir aqibət vardır.
40:55 Elə isə səbr et. Çünki Allahın sözü gerçəkdir. Günahların üçün də bağışlanma istə və Rəbbini axşam, səhər tərifləyərək Ucalt.
40:56 Heç bir dəlilə sahib olmadan Allahın ayə və möcüzələrinə qarşı mübahisə edənlərin kökslərində, yetişə bilməyəcəkləri bir təkəbbür vardır. Elə isə Allaha sığın. O Eşidəndir, Görəndir.
40:57 Göylərin və yerin yaradılması, insanın yaradılmasından daha böyük bir şeydir. Halbuki insanların çoxu bilməz.
40:58 Kor ilə görən eyni olmaz. İman edib müttəqi davrananlar ilə pislik işləyənlər də eyni olmaz. Nə qədər az düşünürsünüz.
40:59 Dünyanın sonu (Saat) əlbəttə gələcəkdir, bunda şübhə olmasın. Halbuki insanların çoxu iman etməz.
40:60 Rəbbiniz deyir ki, "Mənə yalvarın, sizə cavab verim." Təkəbbür göstərərək Mənə qulluq etməkdən çəkinənlər, alçaldılaraq cəhənnəmə girəcəklər.