بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
41:3 Bilən bir topluluq üçün, Ərəbcə bir Quran olaraq ayələri açıqlanmış bir kitabdır.
41:4 Bir müjdəçi və bir xəbərdar edicidir. Ancaq onların əksəriyyəti ondan üz çevirmişdir; onlar eşitməzlər.
41:5 Dedilər ki, "Sənin bizi çağırdığın şeyə qarşı sabit fikirliyik, qulaqlarımızda ağırlıq və bizimlə sizin aranızda pərdə vardır. İstədiyini et, biz də edəcəyik.
41:6 De ki, "Mən, sadəcə sizin kimi bir insanam. Mənə, sizin tanrınızın bir tək tanrı olduğu vəhy edilir. Ona yönəlin, Ondan bağışlanma diləyin. Vay ortaq qoşanların halına!"
41:9 De ki, "Siz yeri iki gündə yaradanımı inkar edirsiniz və Ona ortaqlarmı qoşursunuz? O, aləmlərin Rəbbidir."
41:10 Onun üstündə tarazlıq qoruyucuları yerləşdirdi və onu bərəkətli etdi. Bütün axtarıb istəyənlər üçün onun qidalarını dörd gündə ölçüb nizama saldı.
41:11 Sonra duman halındakı göyə yönələrək, ona və yerə, "İstəyərək və ya istəməyərək (xaosdan çıxıb) gəlin," dedi. Onlar da, "İstəyərək gəldik," dedilər.
41:12 Beləcə onları iki gündə yeddi göy olaraq tamamladı və hər göyə özünəməxsus qanunları bildirdi. Və Biz ən aşağıdakı göyü isə qəndillərlə və qoruma sistemi ilə təchiz etdik. Bu, Üstün və hər şeyi Bilənin planıdır.
41:13 Üz çevirərlərsə, de ki, "Sizi Ad və Səmud ildırımına bənzər bir ildırımla xəbərdar etdim."
41:14 Onlara, "Allahdan başqasına qulluq/xidmət etməyin," deyə önlərindən və arxalarından elçilər getmişdi. Onlar isə, "Rəbbimiz istəsəydi, bir mələk endirə bilərdi. Buna görə də, sizin gətirdiyiniz mesaja inanmırıq," dedilər.
41:15 Ad xalqına gəlincə, onlar yer üzündə haqsız yerə təkəbbür göstərdilər və "Bizdən daha güclü kim var" dedilər. Onları yaradan Allahın onlardan daha güclü olduğunu anlamadılarmı? Onlar ayə və möcüzələrimizi bilərək inkar edirdilər.
41:16 Nəhayət, onlara dünya həyatında alçaldıcı əzabı daddırmaq üçün uğursuz günlərdə üzərlərinə sərt bir külək göndərdik. Axirət əzabı isə daha alçaldıcıdır və onlar yardım görməzlər.
41:17 Səmud xalqına gəlincə, onlara yolu göstərdik, halbuki onlar korluğu hidayətdən üstün tutdular. Axırda, qazandıqlarına qarşılıq, onları alçaldıcı əzabın ildırımı yaxaladı.
41:20 Nəhayət, oraya yetişdiklərində, onların eşitmə, görmə orqanları və dəriləri etdikləri haqqında şahidlik edər.