بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
42:21 Yoxsa Allahın izni olmadığı halda onlar üçün dini qaydalar və qanunlar ortaya qoyan ortaqlarımı var? Daha öncə müəyyən edilmiş bir qərar olmasaydı, onların arasında hökm verilərdi. Zalımlara ağrılı-acılı bir əzab vardır.
42:22 Etdikləri işlər başlarına gələrkən zalımları təşviş içində görərsən. İman edib müttəqi davrananlar cənnətlərin bağçalarındadır. Onlar üçün Rəbləri qatında istədikləri hər şey vardır. Məhz bu, böyük lütfdür.
42:23 Allah, iman edib müttəqi davranan qullarını belə müjdələyir. De ki, "Mən sizdən, əqrəbalıq sevgisindən başqa hər hansısa bir ücrət istəmirəm." Kim bir yaxşılıq işləyərsə, onun yaxşılığını artırarıq. Allah Bağışlayandır, Təqdir Edəndir.
42:24 Onlar, "O, Allah haqqında yalan uydurdu." deyirlər, eləmi? Allah istəsə, sənin qəlbini möhürləyər. Allah yanlışı silər və sözləri ilə gerçəyi yerləşdirər. O ən gizli düşüncələri bilir.
42:25 O, qullarından tövbələri qəbul edər, günahları əfv edər və etdiklərinizi bilir.
42:26 İman edib müttəqi davrananların çağırışına cavab verir və onlara lütfünü artırır. İnkar edənlər isə çətin (şiddətli) bir cəzaya layiq görülmüşdür.
42:27 Allah qullarına bolluca ruzi versəydi, yer üzündə azacaqdılar. Həqiqətən, istədiyi ölçüdə göndərir. O, qullarından Xəbərdardır, Görəndir.
42:28 Ümidlərini kəsmələrindən sonra yağmuru endirən və rəhmətini yayandır. O, Tərifəlayiq bir Dostdur.
42:29 Göyləri və yeri yaradıb onlarda müxtəlif məxluqlar yayması Onun işarələrindəndir. O, istədiyi zaman onları toplaya bilir.
42:30 Sizə toxunan bir pislik, işlədiklərinizin bir nəticəsidir. O, bir çoxunu da əfv edər.
42:31 Siz bunu əngəlləyə bilməzsiniz yer üzündə. Sizin üçün Allahdan başqa nə bir sahib, nə də bir yardımçı yoxdur.
42:33 İstəyərsə küləkləri durdurar və onlar suyun üzərində hərəkətsiz qalardı. Bunda, hər səbr edən və şükür edən kimsə üçün ibrətlər vardır.
42:34 Yaxud, etdikləri üzündən onları məhv edər. Bunun yerinə bir çoxunu da bağışlayar.
42:35 Ayələrimiz üzərində mübahisə edənlər özlərinin qaçacaq bir yeri olmadığını bilirlər.
42:36 Sizə nə verildisə dünya həyatının dolanışığıdır. Ancaq iman edənlər və Rəblərinə güvənənlər üçün Allahın yanında olanlar daha yaxşıdır və sürəklidir.
42:37 Onlar ki, böyük günahlardan, çirkin işlərdən çəkinirlər və qəzəbləndikləri zaman bağışlayarlar.
42:38 Onlar, Rəblərinin çağırışına qarşılıq verirlər, namazı qoruyurlar, işlərini aralarında məsləhətləşmə yolu ilə qərarlaşdırarlar və onlara verdiyimiz ruzilərdən yardım üçün verərlər.
42:40 Pisliyin cəzası, özü kimi bir pislikdir; Ancaq kim əfv edər və müttəqi davranarsa, Allah tərəfindən mükafatlandırılar. O, zalımları sevməz.