بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
45:4 Sizin yaradılışınızda və yaydığı bütün canlılarda şübhəsiz inanca sahib bir camaat üçün dərslər vardır.
45:5 Gecənin və gündüzün bir-birini təqib etməsində, Allahın göydən bir ruzi endirərək onunla ölümündən sonra torpağı diriltməsində və küləkləri idarə etməsində anlayan camaat üçün dərslər vardır.
45:6 Bunlar, sənə gerçək olaraq oxuduğumuz Allahın ayələridir. Allahdan və ayələrindən başqa hansı hədisə inanırlar?
45:8 Ona oxunan Allahın ayələrini eşitdikdən sonra, sanki onları heç eşitməmiş kimi təkəbbür göstərərək müqavimət göstərir. Onu ağrılı-acılı bir cəza ilə müjdələ.
45:9 Ayələrimizdən bir şey öyrəndiyi zaman onu məsxərəyə qoyar. Onlar üçün alçaldıcı bir əzab var.
45:10 Onları cəhənnəm gözləməkdədir. Nə qazandıqları şeylər, nə də Allahdan başqa qəbul etdikləri dostlar onu qurtara bilər. Onlar, ağrılı-acılı bir əzaba layiqdirlər.
45:11 Bu bir rəhbərdir (yolgöstərəndir). Rəblərinin ayələrini inkar edənlər üçün iyrənc və ağrılı-acılı bir əzab vardır.
45:12 Lütfündən payınızı axtarmağınız və şükür etməyiniz üçün gəmiləri əmri ilə sürməyinizə uyğun olaraq dənizi əmriniz altına verən Allahdır.
45:13 Göylərdə və yerdə nə varsa hamısını öz qatından əmrinizə vermişdir. Düşünən bir topluluq üçün əlbəttə bunda ibrətlər vardır.
45:14 İman edənlərə söylə ki, Allahın günlərini ummayanları bağışlasınlar. Çünki O, etdikləri işlərə görə bir topluluğa qarşılıq verir.
45:15 Kim müttəqi davranarsa, öz xeyrinədir. Kim pis davranarsa, öz zərərinədir. Sonra Rəbbinizə döndəriləcəksiniz.
45:16 İsrail oğullarına Kitabı, hikməti və peyğəmbərliyi vermişdik. Onları yaxşı nemətlərlə ruziləndirmiş və onları bütün insanlara üstün etmişdik.
45:17 Onlara açıq-aşkar əmrlər verdik. Onlara bilgi gəldikdən sonra, aralarındakı paxıllıqdan ötrü ayrılığa (ixtilafa) düşdülər. Dirilmə Günü sənin Rəbbin, ayrılığa düşdükləri mövzularda onların arasında hökm verəcəkdir.
45:18 Sonra sənə də din mövzusunda bir qanun verdik; sən ona tabe olmalısan. Bilməyənlərin istəyinə uyma.
45:19 Onlar, Allahdan (gələcək) heç bir şeyi səndən dəf edə bilməzlər. Zalımlar bir-birlərinin dostlarıdır. Allah da müttəqilərin Dostudur.
45:20 Bunlar, insanlar üçün aydınladıcı dəlillərdir, qəti inanca sahib bir camaata bir rəhbər (yolgöstərən) və rəhmətdir.