بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
46:3 Biz göyləri, yeri və aralarındakıları ancaq bəlli bir məqsədə görə və bəlli bir müddət üçün yaratdıq. İnkar edənlər xəbərdarlığa əhəmiyyət verməməkdədirlər.
46:4 De ki: "Allahdan başqa yalvardıqlarınıza bir baxın. Onların yerdən nəyi yaratdığını mənə göstərin. Yoxsa göylərdə onların bir ortaqlığımı var? Bundan öncə bir kitab və ya bir elmi sənəd gətirin, doğru sözlüsünüzsə?"
46:5 Allahı buraxıb, sonra da Dirilmə Gününə qədər onlara cavab verə bilməyən və hətta onların dualarından belə xəbərsiz olanları çağıranlardan daha azğın kim ola bilər?
46:6 İnsanlar toplandığı zaman onlara (ortaq qoşanlara) düşmən olacaqlar və onların (ortaq qoşanların) onlara qulluq/xidmət etmələrinə qarşı çıxacaqlar.
46:7 Onlara açıq-aşkar ayələrimiz oxunduğunda, özlərinə gələn gerçəyə qarşı çıxanlar: "Bu, açıq-aydın bir sehrdir" dedilər.
46:8 Yoxsa "Onu uydurdumu deyirlər? De ki, "Onu mən uydurdumsa, siz məni Allahdan gələcək heç bir şeyə qarşı qoruya bilməzsiniz. O, sizin həddi aşmanızı ən yaxşı Biləndir. Mənimlə sizin aranızda şahid olaraq O yetər. O, Bağışlayandır, Rəhmlidir."
46:9 De ki, "Mən qeyri-adi bir elçi deyiləm. Mənə və sizə nə olacağını da bilmirəm. Mən, ancaq mənə vəhy edilənə tabe oluram. Mən açıq-aşkar bir xəbərdar edəndən başqa bir şey deyiləm."
46:10 De ki , "Düşündünüzmü, əgər o, Allah qatındandırsa və siz də ona qarşı çıxmışsınızsa və İsrail oğullarından bir şahid də bunun bənzərini görüb iman etdiyi halda, siz təkəbbür göstərib üz çevirmişsinizsə?! Şübhəsiz Allah zalım topluluğu doğru yola yönəltməz."
46:11 İnkar edənlər, iman edənlərə, "O yaxşı bir şey olsaydı, bizdən önə keçə bilməzdilər" deyərlər və ona yol tapa bilmədikləri üçün, "Bu bir əfsanədir" deyəcəklər.
46:12 Bundan öncə Musanın kitabı rəhbər və rəhmət idi. Bu, zalımları xəbərdar etmək və gözəl davrananlara bir müjdə olmaq üzrə Ərəbcə nazil edilmiş təsdiqləyici bir kitabdır.
46:13 "Rəbbimiz Allahdır," dedikdən sonra doğru yolu izləyənlərə, nə bir qorxu vardır, nə də onlar üzülərlər.
46:15 Biz insana ana-atasına yaxşılıq etməsini öyüd-nəsihət etdik. Anası onu zəhmətlə daşıyar, zəhmətlə doğar. Ana qarnında daşınması ilə süddən kəsilməsi otuz ay çəkər. Nəhayət yetkinlik yaşına çatınca və qırx yaşına yetişincə: "Rəbbim, mənə, anama və atama verdiyin nemətə şükür etməyə və razı olacağın faydalı işlər görməyə məni yönəlt. Mənim soyumu islah et. Mən tövbə edib, Sənə təslim olanlardanam," deməlidir.
46:16 İşlədiklərinin ən yaxşısını qəbul etdiyimiz və pisliklərini keçdiyimiz bu kimsələr cənnət əhli arasındadırlar. Bu, onlara verilən doğru sözdür.
46:17 Digər tərəfdən bir başqası var ki, ana-atasına, "Uf sizə, məndən öncə neçə-neçə nəsillər keçmiş olmasına rəğmən mənim dirildiləcəyimimi iddia edirsiniz?" O ikisi isə Allaha sığınaraq: "Təəssüflər olsun sənə; lütfən iman et. Allahın sözü gerçəkdir." Bunun üzərinə o, "Bu, keçmişdəkilərin nağıllarından başqa bir şey deyil," deyər.
46:18 Bunun kimilər, gəlib keçmiş cin və insan cəmiyyətləri arasında əzab sözünə layiq olmuş kimsələrdir. Onlar ziyana uğrayanlardır.
46:19 Hər biri üçün, etdiklərinə görə dərəcələr vardır. Etdiklərinin qarşılığı, haqsızlıq edilmədən tam verilər.
46:20 İnkar edənlər atəşə göndərildikləri gün: "Dünya həyatında bütün gözəl şeylərinizi boşa xərcləyib onların ləzzətini çəkdiniz. Yer üzündə haqsız yerə təkəbbürlənmənizin və yoldan çıxmanızın qarşılığında bu gün alçaldıcı əzabı görəcəksiniz."