بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
48:2 (Ona görə) ki Allah, keçmiş və gələcək günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın və səni doğru yola yönəltsin.
48:4 O inanclarına inanc qatmaq üçün iman edənlərin qəlbinə hüzur endirəndir. Göylərin və yerin orduları Allahındır. Allah Biləndir, Hikmət Sahibidir.
48:5 Və iman edən kişilərlə, iman edən qadınları, içindən çaylar axan cənnətərə əbədi qalmaq üzrə daxil etsin və onların günahlarını örtsün. Əlbəttə bu, Allah qatında böyük bir uğurdur.
48:6 Və Allah haqqında pis düşüncələr bəsləyən ikiüzlü kişilərlə ikiüzlü qadınları və bütpərəst kişilərlə bütpərəst qadınları cəzalandırsın. Pislikləri əks təsir göstərəcəkdir. Allah onlara qəzəblənmiş, onları lənətləmiş və onlar üçün cəhənnəmi hazırlamışdır. Orası necə də pis bir dönüş yeridir.
48:9 (Ona görə) ki, siz insanlar, Allaha və elçisinə iman edəsiniz və Ona hörmət göstərəsiniz, Onu dinləyəsiniz və səhər-axşam Onu Ucaldasınız.
48:10 Sənə bağlılıq sözü verənlər (beyət edənlər), Allaha bağlılıq sözü vermişdirlər. Allahın əli onların əlləri üzərindədir. Kim sözünü pozarsa, öz əleyhinə pozmuş olar. Allaha verdiyi sözü yerinə gətirənə isə böyük bir mükafat verəcəyik.
48:11 Ərəblərdən geridə qalanlar, "Paralarımız (pullarımız) və ailə-uşaqlarımız bizə mane oldu, bizim üçün bağışlanma dilə," deyəcəklər. Onlar qəlblərində olmayanı, dilləri ilə söyləyirlər. De ki, "Sizin üçün bir zərər və ya fayda diləyərsə, Allahın bu diləyinə kim əngəl ola bilər?" Halbuki Allah bütün etdiklərinizdən xəbərdardır.
48:12 Əslində siz, elçinin və iman edənlərin əbədi olaraq ailələrinə dönməyəcəklərini sandınız və bu düşüncə könlünüzə xoş gəlmişdi. Pis xəyallar qururdunuz və axırda bayağı bir topluluq oldunuz.
48:13 Kim Allaha və elçisinə iman etməzsə, Biz inkarçılar üçün bir atəş hazırlamışıq.
48:14 Göylərin və yerin hökmranlığı Allaha aiddir. İstəyəni bağışlayar və istəyəni də cəzalandırar. Allah Bağışlayandır, Rəhmlidir.
48:15 Savaşdan geri qalmış olanlar, siz qənimətləri almaq üçün getdiyinizdə, "Qoyun biz də sizinlə gələk," deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De ki, "Siz bizi izləməyəcəksiniz. Bu Allahın öncədən almış olduğu qərardır." Bunun üzərinə onlar, "Siz əslində bizə həsəd aparırsınız," deyəcəklər. Doğrusu, onlar çox az söz anlayırlar.
48:16 Ərəblərdən geri qalanlara de ki: "Siz çox güclü bir topluluğa qarşı çağırılacaqsınız. Onlar təslim olana qədər onlarla savaşacaqsınız. İtaət etsəniz Allah sizə gözəl bir mükafat verər. Daha öncə üz çevirdiyiniz kimi üz çevirsəniz, sizi ağrılı-acılı bir əzab ilə cəzalandırar.
48:17 Kora bir çətinlik yoxdur, iflicə bir çətinlik yoxdur, xəstəyə də bir çətinlik yoxdur. Kim Allaha və elçisinə tabe olarsa, O onu içindən çaylar axan cənnətlərə daxil edər. Kim üz çevirərsə, onu da ağrılı-acılı bir formada cəzalandırar.
48:18 Allah, ağacın altında sənə bağlılıq sözü verən (beyət edən) iman edənlərdən razı olmuşdur. Onların qəlblərində olanı bilmiş, onlara hüzur endirmiş və onları yaxın bir zəfərlə mükafatlandırmışdır.
48:19 Əlavə olaraq, çoxlu qənimət ələ keçirdilər. Allah Üstündür, Hikmət Sahibidir.
48:20 Allah sizin çoxlu qənimət ələ keçirəcəyinizi sizə söz vermişdir. Sizə bunu tezliklə verdi və insanların əllərini sizdən çəkdi. Beləcə bunu iman edənlər üçün bir dəlil etdi və sizi ən doğru yola yönəltdi.