بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
5:1 Ey iman edənlər! Anlaşmalarınızı yerinə yetirin. Sizə oxunacaq olanların xaricindəki heyvanlar sizə halal edildi. Yalnız ihramda olarkən ov etməyi halal saymamaq şərtiylə... Allah istədiyi hökmü verir.
5:2 Ey iman edənlər! Nə Allahın qoyduğu dini ayinlərə, nə müqəddəs aya, nə qurbana, nə onları işarətləyən çələnglərə, nə də Rəblərinin lütf və rizasını axtarmaq üçün Müqəddəs evə doğru yola çıxanlara hörmətsizlik etməyin. İhramdan çıxdığınız zaman ov edə bilərsiniz. Sizi Müqəddəs Məsciddən (Kəbədən) çevirən bir topluluğa olan kininizə görə təxribata yönəlib hücum etməyin. Yaxşılıq etməkdə və müttəqi davranmaqda yardımlaşın. Pislik və düşmənçilikdə yardımlaşmayın. Allahı dinləyin. Allahın cəzası çətindir.
5:3 Leş, qan, donuz əti, Allahdan başqasına nəzir edilənlər sizə haram edildi. Canları çıxmadan kəsməyiniz istisna, boğulmuş, vurulmuş, (hündür yerdən) düşmüş, buynuzlanmış və öldürülmüş, canavar tərəfindən yeyilmiş heyvanlar, müqəddəsləşdirilmiş daşlar üzərində boğazlanaraq fal oxları ilə dağıdılanlar, bəli bunlar pisdir. Kafirlər bu gün dininizdən ümid kəsmişlər. Onlardan çəkinməyin; Məndən çəkinin. Bu gün sizə dininizi kamilləşdirdim, sizə nemətimi tamamladım və sizə din olaraq İslamı bəyəndim. Kim aclıq üzündən məcburiyyətdə qalarsa, günaha istəklə yönəlmədən yeyərsə, ona günah yoxdur. Çünki, Allah Bağışlayandır, Rəhmlidir.
5:4 Səndən onlara nəyin halal olduğunu soruşurlar. De ki: “Təmiz yeyəcəklər sizə halal edilmişdir. Allahın sizə öyrətdiyindən öyrədərək yetişdirdiyiniz köpək və şahin kimi ovçu heyvanların sizin üçün tutub yaxaladıqlarını da yeyin və üzərlərində Allahın ismini xatırlayın." Allahı dinləyin. Allah haqq-hesabı tez çəkir.
5:5 Bu gün sizə yaxşı və təmiz şeylər halal edildi. Kitab əhlinin yeyəcəyi sizə halaldır. Sizin də yeyəcəkləriniz onlara halaldır. Mehrlərini ödəməniz, zina etməyib namuslu davranmanız və gizli dost tutmamanız şərtiylə, iman edənlərdən iffətli qadınlarla və sizdən öncə özlərinə kitab verilənlərdən iffətli qadınlarla evlənməniz sizə halaldır. Kim iman etməyi qəbul etməzsə, bütün etdikləri boşa çıxmışdır və o, axirətdə də ziyana uğrayanlardandır.
5:6 Ey iman edənlər! Namaza qalxdığınız zaman yuyun; üzünüzü, dirsəklərə qədər əllərinizi. Sığallayın: başınızı və topuqlara qədər ayaqlarınızı, əgər cinsi əlaqədə olmuşsunuzsa yuyunun. Xəstə və ya səfərdəsinizsə, yaxud ayaq yolundan gəlmiş, yaxud qadınlarla cinsi əlaqədə olmuş və su tapa bilməmişsinizsə, təmiz bir torpağa yönəlib üzünüzü və qollarınızı onunla sığallayın. Allah sizi çətinliyə salmaq istəməz. Ancaq sizi təmizləmək və üzərinizdəki nemətini tamamlamaq istəyir. Ola bilər ki, şükür edərsiniz.
5:7 Allahın üzərinizdəki nemətini və Onunla etdiyiniz sözləşməni xatırlayın: "Eşitdik və itaət etdik," demişdiniz. Allahı dinləyin; Allah içinizdə olanları bilir.
5:8 Ey iman edənlər! Allah üçün ədaləti qoruyaraq şahidlik edin. Bir topluluğa olan kininiz sizi ədalətli davranmaqdan yayındırmasın. Ədalətli davranmaq daha ərdəmlidir. Allahı dinləyin. Allah etdiklərinizi xəbər alır.
5:9 Allah, iman edib yaxşı işlər görənlərə bir bağışlanma və böyük bir mükafat söz verdi.
5:11 Ey iman edənlər! Allahın sizə olan nemətini xatırlayın: Bir vaxt bir topluluq sizə əl qaldırmaq fikrinə düşmüşdü, (Allah) onların əllərini sizdən çəkmişdi. Allahı dinləyin! İman edənlər Allaha güvənsin.
5:12 Allah, İsrail oğullarından söz almışdı və içlərindən on iki başçı göndərmişdik. Allah demişdi ki: “Namazı qoruyarsanız, zəkatı verərsəniz, elçilərimə iman edip onlara hörmət qoyarsanız və Allaha gözəl bir borc verərsəniz sizinlə bərabərəm. Günahlarınızı örtər, içlərindən çaylar axan bağçalarda ağırlayaram. Artıq sizdən kim bundan sonra inkar edərsə, doğru yoldan azmış olar."
5:13 Sözlərini pozduqları üçün onları lənətlədik, qəlblərini sərtləşdirdik. Sözlərin mənasını kontekstindən dəyişdirirlər. Xəbərdar edildikləri şeylərin bir qismini unutdular. Onların çoxundan sürəkli xəyanət görəcəksən. Onları əfv et və əhəmiyyət vermə. Allah gözəl davrananları sevər.
5:14 “Biz Xristianıq!”– deyənlərdən də söz almışdıq. Ancaq onlar da xəbərdar edildikləri şeylərin bir qismini unutdu. Buna görə də dirilmə gününə qədər aralarına düşmənçilik və kin saldıq. Etdikləri hər şeyi Allah onlara bildirəcək.
5:15 Kitab əhli, kitabın gizlədiyiniz bir çox bölümünü açıqlayan və bir çoxunu da üzünüzə vurmayan elçimiz gəldi sizə. Allahdan bir nur və açıq-aşkar bir kitab da gəldi sizə.
5:16 Onunla Allah, rizasına diqqət edənləri barış və hüzur yollarına yönəldir. İzniylə onları qaranlıqlardan aydınlığa çıxararaq onları ən doğru yola yönəldir.
5:17 “Allah Məryəm oğlu Məsihdir,”– deyənlər əlbəttə kafir olmuşdurlar. De ki: “Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamısını məhv etmək istəyərsə, kim buna əngəl ola bilər?” Göylərin, yerin və arasındakıların hökmranlığı Allaha aiddir. İstədiyini yaradır. Allah hər şeyə Gücü Yetəndir.
5:18 Yəhudilər və Xristianlar: “Biz Allahın oğulları və sevimliləriyik”– dedilər. "Elə isə günahlarınıza görə nə üçün sizi cəzalandırır? Siz sadəcə Onun yaratdığı insanlardansınız," - de. İstəyəni/istədiyini bağışlayır, istəyəni/istədiyini də cəzalandırır. Göylərin, yerin və bunların arasındakıların hökmranlığı Allaha aiddir. Dönüş də Onadır.
5:19 Ey kitab əhli! Elçilər arasındakı bir boşluq dönəmindən sonra sizə elçimiz gəlmişdir və sizə gerçəkləri anladır ona görə ki, "Bizə bir müjdələyici və xəbərdarlıq edən gəlmədi," deməyəsiniz. Artıq sizə müjdəçi və xəbərdaredici gəldi. Allah hər şeyə Gücü Yetəndir.
5:20 Musa öz xalqına belə demişdi: “Ey xalqım! Allahın üzərinizdəki nemətini xatırlayın: Aranızdan peyğəmbərlər çıxardı, sizi azad kimsələr etdi və xalqların heç birinə vermədiyini sizə verdi."