بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
51:23 Göyün və yerin Rəbbinə and olsun ki, sizin danışmağınız necə bir gerçəkdirsə, bu da eləcə bir gerçəkdir.
51:25 Onun hüzuruna girmişdilər və "Salam (sülh) olsun" demişdilər. O da, "Salam sizə, yadlar (tanış olmayanlar)!" demişdi.
51:28 Onlardan bir qorxu hiss etdi. Bunun üzərinə onlar, "Qorxma!" dedilər və ona bilikli bir oğul müjdələdilər.
51:29 Arvadı heyrət içində, (heyrətdən) üzünə vuraraq, "Qısır bir yaşlı qadın!" dedi.
51:38 Musada da (bir dərs vardır). Onu Firona açıq-aşkar bir dəlil ilə göndərmişdik.
51:39 Əyanları ilə birlikdə üz çevirdi və "Ya bir sehrbazdır, ya da bir dəlidir," dedi.