بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
54:24 Dedilər ki, "Bizdən olan bir insanamı tabe olaq? O zaman biz yoldan çıxar və cəhənnəmə girərik."
54:28 Onlara, suyun (dəvə ilə) aralarında bölüşdürüləcəyini bildir. Hər içim növbə ilə veriləcəkdir.
54:31 Üzərlərinə tək bir partlama göndərdik və onlar (heyvanlar üçün) ağıl düzəldənin topladığı saman yığınına döndülər.
54:34 Üzərlərinə daş yağdıran bir fırtına göndərdik, yalnız Lutun ailəsini səhər vaxtı qurtardıq.
54:36 Onları bu yaxalamamıza qarşı xəbərdar etmişdi; ancaq onlar xəbərdarlıqları şübhə ilə qarşıladılar.
54:37 Onun qonaqlarına göz dikdilər, Biz də onları kor etdik. Əzabımı və xəbərdarlıqlarımı dadın görək.