بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
57:2 Göylərin və yerin hökmranlığı Ona aiddir. Dirildir, öldürür. O, hər şeyə Gücü Yetəndir.
57:4 Odur göyləri və yeri altı gündə yaradan və daha sonra bütün hakimiyyəti quran. Yerə girən və ondan çıxanı, göydən enən və ona yüksələn hər şeyi Bilir. Harada olursunuzsa olun, O sizinlə bərabərdir. Allah bütün etdiklərinizi Görəndir.
57:6 Gecəni gündüzə daxil edər, gündüzü də gecəyə daxil edər. O, kökslərin içindəkini bilir.
57:7 Allaha və elçisinə iman edin və ixtiyarınıza verdiyi şeylərdən yardım üçün verin! Sizdən iman edib yardım edənlər üçün böyük bir mükafat vardır.
57:8 Rəbbinizə iman etməyiniz üçün elçi sizi çağırdığı halda sizə nə olur ki, hələ də Allaha iman etmirsiniz? Həm də, O, sizdən söz almışdı, əgər iman edirsinizsə.
57:9 Sizi qaranlıqlardan aydınlığa çıxarmaq üçün quluna açıq-aşkar ayələri nazil edən Odur. Şübhəsiz, Allah sizə qarşı Şəfqətlidir, Rəhmlidir.
57:10 Sizə nə olur ki, Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin zənginlikləri Allahındır. Zəfərdən öncə xərcləyib savaşanlarınız, daha sonra xərcləyib savaşanlarla eyni olmazlar; onlardan daha üstündürlər. Allah hər birinə qurtuluşu söz vermişdir. Allah bütün etdiklərinizdən Xəbərdardır.
57:11 Kim Allaha gözəl bir borc verərsə, qarşılığını qat-qat alar və comərd bir mükafat qazanar.
57:12 İman edən kişilərin və qadınların nurlarının önlərindən və sağ yanlarından yayıldığını gördüyün gün, "Müjdə, bu gün davamlı olaraq qalacağınız, altlarından çaylar axan cənnətlər var. Bu, ən böyük zəfərdir."
57:13 O gün, ikiüzlü kişilər və qadınlar iman edənlərə, "Bizə baxın ki, sizin nurunuzdan alaq," deyəcəklər. Onlara, "Geriyə dönün ki, nur axtarın," deyilər. Aralarına, iç tərəfdəki mərhəmətlə, çöl tərəfdəki əzabı ayıran qapılı bir əngəl qoyulacaqdır.
57:14 "Biz sizinlə birlikdə deyildikmi?" deyə onlara səslənərlər. "Bəli," deyərlər. "Ancaq siz özünüzü aldatdınız, gözlədiniz, şübhələr bəslədiniz və Allahın qərarı gəlincəyə qədər yersiz və yanlış düşüncələrlə özünüzü məşğul edib zamanınızı xərclədiniz. Aldadıcı, sizi Allah haqqında yanıltdı.
57:15 Bu gün nə sizdən, nə də inkar edənlərdən bir fidyə qəbul edilməz. Yeriniz cəhənnəmdir; mövlanız/sahibiniz odur. Nə pis bir məskəndir.
57:16 İman edənlər üçün Allahın mesajına və nazil olan gerçəyə könüllərini açmağın vaxtı gəlmədimi? Daha öncə özlərinə kitab verilənlər kimi olmasınlar; onların üzərindən uzun zaman keçincə qəlbləri qatılaşmışdı. Onların əksəriyyəti yoldan çıxmış kimsələrdir.
57:17 Bilin ki, Allah ölümündən sonra yeri dirildir. Düşünəsiniz deyə sizə ayələri belə açıqlayırıq.
57:18 Sədəqə verən kişilər və qadınlar, Allaha gözəl bir borc vermişdirlər. Onlara qat-qat ödənər və onlar comərd bir mükafata layiqdirlər.
57:19 Allaha və elçisinə iman edənlər, ən doğru olanlar və şəhidlərdir. Rəbləri qatında onlar üçün mükafatları və nurları vardır. İnkar edib ayələrimizi yalanlayanlar isə cəhənnəm əhlidir.
57:20 Bilin ki, dünya həyatı bir oyun, əyləncə, süs, aranızda öyünmək, para-pul və övlad çoxaltma yarışından ibarətdir. Bu, inkar edənlərin xoşuna gələn bir bitkini yetişdirən bir yağmura bənzəyir. Halbuki daha sonra o bitki quruyar, saralar və axırda çör-çöp olar. Axirətdə isə Allahdan çətin (şiddətli) bir əzab, bir bağışlanma və razılıq vardır. Dünya həyatı, aldadan, keçici bir zövqdən ibarətdir.