بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
59:21 Bu Quranı bir dağın üzərinə nazil etsəydik, Allaha olan hörmətindən onun titrəyib parça-parça olduğunu görəcəkdin. Bəlkə düşünərlər deyə biz insana belə örnəklər verməkdəyik.
59:22 O Allahdır ki, Ondan başqa Tanrı yoxdur. Bütün gizli olanları və aşkarda olanları Biləndir. O Rəhmandır, Rəhimdir.
59:23 O Allahdır ki, Ondan başqa Tanrı yoxdur. Hökmrandır, Müqəddəsdir, Salamdır (Sülh və salamatlıq bəxş edəndir), Güvəniləndir, Qoruyandır, Üstündür, Güclüdür, Uludur. Allah onların ortaq qoşduqlarından çox Ucadır.
59:24 O, Yaradan, Yoxdan var edən və Surətverən Allahdır. Bütün gözəl isimlər Onundur. Göylərdə və yerdə nə varsa Onu ucaldır. O, Üstündür, Hikmət Sahibidir.