بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
62:1 Göylərdə və yerdə nə varsa, Allahı ucaldır. O Hökmrandır, Müqəddəsdir, Üstündür, Hikmət sahibidir.
62:2 O ki, ümmilərin arasından, özlərindən olan bir elçi göndərmişdir ki, onlara Onun ayələrini oxuyur, onları təmizləyir və onlara kitabı və hikməti öyrədir. Bundan öncə onlar açıq aşkar bir azğınlıq içində idilər.
62:3 Və hələ onlara qatılmamış olan başqalarına da... O Üstündür, Hikmət Sahibidir.
62:4 Bu, Allahın lütfüdür; istəyənə və/və ya istədiyinə verir. Allah böyük lütf sahibidir.
62:5 Özlərinə Tövrat verilib və onun tələbini yerinə yetirməyənlərin örnəyi, kitablar daşıyan eşşəyin vəziyyətinə bənzəyir. Allahın ayələrini yalanlayan topluluğun vəziyyəti necə də pisdir. Allah zalım camaatı doğruya yetişdirməz.
62:6 De ki, "Ey Yəhudilər, insanların arasından yalnız özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə, ölümü diləyin; doğrusunuzsa."
62:7 Onlar, etdiklərindən ötrü heç bir vaxt onu diləyə bilməyəcəklər. Allah zalımları yaxşı bilir.
62:8 De ki, "Qaçdığınız ölüm, mütləq sizə yetişəcək və daha sonra gizlini və aşkarı Bilənin hüzuruna döndəriləcəksiniz. Etdiyiniz hər şeyi sizə bildirəcəkdir."
62:9 Ey iman edənlər, cümə (toplantı) günü namaza çağırıldığınızda Allahı xatırlamaq üçün tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün daha yaxşıdır.
62:10 Namaz bitincə, yer üzünə yayılaraq Allahın lütfünü axtarın və Allahı sürəkli xatırlamağa davam edin.
62:11 Bəziləri, bir ticarət və ya bir əyləncə gördükləri zaman, səni ayaq üstə qoyub oraya üz tutdular. De ki, "Allahın yanında olanlar əyləncədən və ticarətdən daha yaxşıdır. Allah ən yaxşı ruzi verəndir."