بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
68:41 Yoxsa onların ortaqlarımı var? Haydı ortaqlarını gətirsinlər, Əgər doğru kimsələrdisə?
68:42 Gün gələcək, onların iç üzləri açığa çıxarılacaq, səcdəyə çağrılacaqlar; ancaq buna gücləri yetməyəcəkdir.
68:43 Gözləri aşağı salınmış bir vəziyyətdə, onları rəzillik bürüyər. Halbuki onlar sağlam ikən səcdəyə çağırılmışdılar.
68:44 Bu hədisi (sözü) yalanlayanla Məni baş-başa burax. Onları, bilmədikləri yerdən yavaş-yavaş yaxınlaşdıracağıq.
68:46 Yoxsa sən onlardan bir ücrət istəyirsən, onlar da ağır bir borc altında qalırlar?
68:47 Yoxsa keçmişin və gələcəyin bilgisi onların yanındadı və onlarmı qeyd edirlər (yazırlar)?
68:48 Rəbbinin hökmünün gerçəkləşməsi üçün səbr et. Balığın yoldaşı (Yunus) kimi olma. Bir vaxt o, (balıq tərəfindən) udulmuş bir vəziyyətdə ikən səslənmişdi.
68:49 Rəbbindən ona bir nemət yetişməsəydi, qınanmış olaraq şoran bir sahilə atılacaqdı.
68:51 Mesajı eşitdikləri zaman, inkar edənlər az qala səni gözləri ilə yeyəcəkdilər. "O, dəlidir!" deyirdilər.