بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
6:101 Göyləri və yeri yoxdan icad edəndir. Zövcəsi olmadığı halda necə olur ki, övladı olur? Hər şeyi O yaratmışdır və O, hər şeyi biləndir.
6:102 Məhz Rəbbiniz Allah budur. Ondan başqa tanrı yoxdur. Hər şeyin Yaradıcısıdır! Ona qulluq edin! O, hər şeyi kontrol edər.
6:103 Gözlər Ona yetişə bilməz. O, gözlərə yetişə bilir. O Şəfqətlidir, Xəbərdardır.
6:104 Rəbbinizdən sizə aydınladıcı bilgilər gəlmişdir. Kim görərsə öz xeyrinə, kim korluq edərsə öz zərərinədir. Mən üzərinizdə nəzarətçi deyiləm.
6:105 "Sən dərs almısan," demələri üçün və bilən bir camaata açıqlamaq üçün ayələri bu cür sərgiləyirik.
6:106 Rəbbindən sənə nazil edilənə tabe ol! Ondan başqa tanrı yoxdur. Ortaq qoşanlardan da üz çevir.
6:107 Allah istəsəydi, ortaq qoşmazdılar. Səni onların üzərinə gözətçi qoymadıq. Onların vəkili də deyilsən.
6:108 Allahdan başqa yalvardıqlarına söyməyin ki, onlar da həddi aşıb cəhalət üzündən Allahı söyməsinlər. Biz hər topluluğa etdikləri işi bu cür süslü göstərdik. Axırda dönüşləri Rəblərinədir və onlara etdiklərini xəbər verər.
6:109 Onlara bir möcüzə gəlsə ona mütləq iman edəcəklərinə dair bütün gücləriylə Allaha and içərlər. De ki: "Möcüzələr Allahın yanındadır." Möcüzə gəldiyi zaman da onların iman etməyəcəyini bilmirsiniz?
6:110 İlk öncə iman etməməyə qərar verdikləri üçün anlayışlarını və gözlərini çevirib, azğınlıqları içində çarəsiz vəziyyətdə buraxarıq.
6:111 Onlara mələkləri endirsək, onlarla ölülər danışsa və hər şeyi gətirib önlərinə toplasaq, Allahın istədikləri xaric, yenə iman edəcək deyillər. Fəqət çoxu bu gerçəyi bilməz.
6:112 Beləcə, hər peyğəmbərə insanlardan və cinlərdən olan şeytanları düşmən etdik. Aldatmaq üçün bir-birlərinə yaldızlı sözləri vəhy edərlər. Rəbbin istəsəydi, bunu edə bilməzdilər. Onlara və etdikləri iftiralara əhəmiyyət vermə.
6:113 Axirətə iman etməyənlərin qəlbi ona aldansın, ondan xoşlansın və gerçəkdən etmək istədiklərini edə bilsinlər deyə...
6:114 Allahdan başqa qanun qoyanmı axtarım? O ki sizə kitabı detallı olaraq nazil etmişdir. Özlərinə kitab verdiklərimiz onun Rəbbin tərəfindən nazil edildiyini bilirlər. O halda şübhəyə düşənlərdən olma.
6:115 Rəbbinin kəlmələri doğruluq və ədalətlə tamamlanmışdır. Onun sözlərini dəyişdirə biləcək (bir kimsə) yoxdur. O, Eşidəndir, Biləndir.
6:116 Yer üzündəkilərin əksəriyyətinə tabe olsan, səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyurlar və onlar sadəcə təxminlərə əsaslanıb saçmalayırlar.
6:117 Əlbəttə, Rəbbin yolundan çıxanı yaxşı bilir. Doğru yolda olanları da O daha yaxşı bilir.
6:119 Sizə nə olur ki, üzərində Allahın ismi xatırlananlardan yemirsiniz? Halbuki məcburi hallar xaricində sizə qadağan edilənləri təfsilatı ilə sizə açıqlamışdır. Bir çoxları, biliyə əsaslanmayan şəxsi fikirləriylə insanları azdırır. Rəbbin həddi aşanları ən yaxşı biləndir.
6:120 Günahların aşkarından da, gizlisindən də əl çəkin! Günah qazananlar işlədiklərinin qarşılığını alacaqlar.