بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
7:2 Bu, sənə nazil edilən bir kitabdır. Onunla xəbərdar etməyin və iman edənlərə öyüd-nəsihət verməyin üçün sinəndə heç bir şübhə və sıxıntı olmasın.
7:3 Rəbbinizdən sizə nazil ediləni izləyin. Ondan başqalarını dost seçərək izləməyin. Nə qədər də az öyüd alırsınız!
7:4 Məhv etdiyimiz neçə-neçə topluluqlar, yatdıqları vaxt, yaxud günorta vaxtı başları işlərinə qarışmışkən əzabımız onlara yetişdi.
7:5 Onlara əzabımız gəldiyi vaxt, "Gerçəkdən biz zalım olmuşuq," deməkdən başqa sözləri olmadı.
7:6 Özlərinə mesaj göndərilənləri də sorğu-suala çəkəcəyik, elçiləri də sorğu-suala çəkəcəyik.
7:9 Tərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsız davranaraq şəxsiyyətlərini itirənlərdir.
7:10 Sizləri yer üzünə yerləşdirdik və orada sizləri yaşama imkanları ilə təmin etdik. Nə qədər də az şükür edirsiniz.
7:11 Sizi yaratdıq, sonra sizə surət verdik, sonra mələklərə, "Adəmə səcdə edin!" – dedik. İblisdən başqa hamısı səcdə etdi; o, səcdə edənlərdən olmadı.
7:12 (Allah) dedi: "Sənə əmr etdiyim zaman sənə səcdə etməyə nə mane oldu?" (İblis:) "Mən ondan daha yaxşıyam; Sən məni atəşdən yaratdın, onu isə palçıqdan yaratdın," dedi.
7:13 (Allah:) "Oradan aşağı en," dedi. Orada təkəbbür göstərə bilməzsən. Rədd ol. Dəyərini itirdin!"
7:16 (İblis:) "Məni azdırmana qarşılıq olaraq, onlara görə Sənin ən doğru yolunun üzərində gizlicə oturacağam."
7:17 "Sonra önlərindən, arxalarından, sağlarından və sollarından onlara (onların yanına) soxulacağam. Beləcə əksəriyyətini şükür edən görməyəcəksən."
7:18 (Allah) dedi ki: "Mənfur və qovulmuş olaraq oradan çıx. Onlardan sənə tabe olanlara gəlincə, hamınızla cəhənnəmi dolduracağam."
7:19 "Adəm, sən və zövcən Cənnətdə olub istədiyiniz yerdən yeyin. Bu ağacdan yeməyin; yoxsa zalımlardan olarsınız."
7:20 Şeytan, özlərindən gizlənmiş olan bədənlərini ortaya çıxarmaq üçün onlara fısıldadı: "Rəbbinizin sizi bu ağacdan uzaqlaşdırmasının səbəbi, ikinizin də bir mələk və ya bir əbədi varlıq olmamanız üçündür," dedi.