بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
72:22 De ki, "Heç kimsə məni Allaha qarşı müdafiə edə bilməz, Ondan başqa sığınacaq da tapa bilmərəm."
72:23 "Ancaq Allahdan bir bildirişi və mesajını çatdırıram." Artıq kim Allaha və elçisinə qarşı gələrsə, içində əbədi qalacağı cəhənnəm atəşinə layiqdir.
72:24 Onlara söz verilən şeyi gördüklərində kimin yardımçısının gücsüz və sayca az olduğunu görəcəklər.
72:25 De ki, "Sizə söz verilən yaxındırmı, yoxsa Rəbbim onun üçün uzun bir müddətmi müəyyən etmişdir bilmirəm."
72:27 Ancaq seçdiyi bir elçi xaric; Həqiqətən O, o elçidən öncəyə və sonraya aid bir müşahidə (incələmə, araşdırma) təqdim edər.
72:28 Beləcə, elçilərin Rəblərinin mesajını çatdırdıqları (təbliğ etdikləri) ortaya çıxsın. O onların etdiklərini tamamilə ehtiva etmişdir və hər şeyi say olaraq hesaba almışdır.