بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
76:1 İnsanın üzərindən, özünün xatırlanmağa layiq bir şey olmadığı bir zaman dövrü keçməmişdirmi?
76:2 Biz insanı qarışıq bir mayedən yaratdıq ki, onu sınayaq. Buna görə onu eşidən və görən etdik.
76:9 "Biz sizi Allah rizası üçün yediririk. Sizdən nə bir qarşılıq, nə də bir təşəkkür gözləmirik."
76:11 Həqiqətən, Allah onları o günün pisliyindən qoruyar və onlara nəşə və sevinc verər.
76:13 Orada taxtlara yaslanarlar; orada nə (yandırıcı) günəş, nə də dondurucu soyuq görərlər.
76:14 Ağacların kölgəsi üzərlərinə düşmüş və meyvələr yaxınlaşdırılaraq qopardılmaları asanlaşdırılmışdır.
76:19 Onlara ölümsüz gənclər servis edəcəkdir. Onları görsən, onları yayılmış inci sanarsan.